• $
  • €
  • ₽
  • ₺
  • £

Baş nazirdən Nəqliyyat Agentliyi ilə bağlı QƏRAR

Baş nazirdən Nəqliyyat Agentliyi ilə bağlı QƏRAR
30.05.2023 18:10
Nazirlər Kabineti "Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nəzarət funksiyasını yerinə yetirən əməkdaşlarının xidməti geyim formasının, fərqləndirmə nişanlarının təsviri və onların daşınması qaydası”nı təsdiq edib.

Qayda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nəzarət funksiyasını yerinə yetirən əməkdaşlarının xidməti geyim formasının, fərqləndirmə nişanlarının təsvirini və onların daşınması qaydasını müəyyən edir.

Agentliyin nəzarət funksiyasını yerinə yetirən əməkdaşlarının vəzifə səlahiyyətlərinin icrası zamanı xidməti geyimlərini daşımaq hüququ var.

Bu Qaydaya riayət etmək Agentliyin nəzarət funksiyasını yerinə yetirən əməkdaşları üçün məcburidir. Agentliyin nəzarət funksiyasını yerinə yetirən əməkdaşlarının xidməti geyimi qış və yay dəstlərindən ibarətdir və onun hazırlanması, verilməsi, habelə mövsümə görə yay və qış formalarına keçmə müddətləri Agentliyin İdarə Heyətinin sədrinin müvafiq əmri ilə tənzimlənir.

Agentliyin nəzarət funksiyasını yerinə yetirən əməkdaşlarının xidməti geyiminin təchizatı hər il Agentliyin fəaliyyəti nəticəsində əldə etdiyi vəsaitlər (dövlət büdcəsindən Agentliyə ayrılan məqsədli vəsaitlər istisna olmaqla) hesabına təmin edilir. Agentliyin nəzarət funksiyasını həyata keçirən əməkdaşları şəxsi nömrə yazılmış fərqləndirmə döş nişanına (jetona) malik olmalı və xidmətin sonunda fərqləndirmə döş nişanını (jetonu) Agentliyin aparatına və ya regional idarəyə təhvil verməlidirlər.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol