• $
  • €
  • ₽
  • ₺
  • £

ADY və DİN əhaliyə çağırış etdi

ADY və DİN əhaliyə çağırış etdi
31.05.2023 14:42
Mayın 31-i saat 00.30-da Şəmkir rayonunun Dəllər-Zəyəm mənzilində yerləşən tənzimlənən dəmiryolu keçidində fəaliyyət göstərən keçid növbətçisi naməlum şəxs tərəfindən təhdid edilib, daha sonra isə növbətçi otağına ziyan vurulub. Bu barədə Azərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar Cəmiyyəti və Daxili İşlər Nazirliyinin əhaliyə müraciətində deyilir.
 
"Polis əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən 1997-ci il təvəllüdlü Şəmkir rayonunun Sabirkənd kəndinin sakini Hüseynov Allahverdi Etibar oğlu saxlanılıb.
 
Keçid növbətçisinin səhhəti normaldır, xəsarət alan olmayıb. Dəmir yolunda hərəkət qısa müddətdə bərpa edilib.
 
Maddi ziyanla nəticələnən hadisə nəticəsində müvafiq sahədə quraşdırılıb Mikro Prosessor Mərkəzləşməsi sisteminin qurğuları, o cümlədən rabitə-işarəvermə avadanlıqları və elektirik naqilləri sıradan çıxıb.
 
Dəmir yolu infrastrukturuna ziyan vurulması, qatarlara daş atılması, dəmir yolu relslərinin üzərinə kənar əşyaların qoyulması, eləcə də dəmir yolunun üst quruluş elementlərinin oğurlanması və digər neqativ hallar qatarların qrafik üzrə təhlükəsiz hərəkətinə, sərnişinlərin və piyadaların həyatına, o cümlədən dəmir yolları ilə daşınan yüklərin dağılmasına, ətraf mühitin çirklənməsinə təhlükə yaradır.
 
Vətəndaşlara tövsiyə edirik ki, dəmir yollarının xüsusi əhəmiyyətli obyekt olmasını nəzərə alaraq, əmlaka zərər vurulması və oğurluq halları ilə rastlaşdıqda ADY-nin ‘’1822’’ qaynar xəttini və DİN-in ‘’102’’ xidməti-zəng mərkəzini dərhal məlumatlandırsınlar.
 
Eyni zamanda hərəkət iştirakçılarını dəmir yolu xəttləri boyunca piyadalar üçün nəzərdə tutulmuş keçidlərdən istifadə etməyə, nəqliyyat vasitələrinin sürücülərini isə ‘’Yol hərəkəti haqqında’’ Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinə riayət edərək dəmir yolu keçidlərindən düzgün istifadə etməyə çağırırıq", - məlumatda qeyd olunub.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol