• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan ilk 3 ayda 690 ədəd diri at satıb – Son 8 ilin statistikası

Azərbaycan ilk 3 ayda 690 ədəd diri at satıb – Son 8 ilin statistikası
31.05.2023 15:38
Bu ilin ilk 3 ayında Azərbaycan xarici ölkələrə 690 ədəd diri at satıb. Bu barədə Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablamada bildirib.
 
Bildirilir ki, ötən ilin eyni dövrü ilə müqayisədə at ixracı 60% artıb. Belə ki, 2022-ci ilin ilk 3 ayında Azərbaycandan xaricə 433 at satılıb. 

Bu il xaricə satılan bir baş atın orta gömrük dəyəri 160,5 dollar (273 manat) olub. Ötən ilin eyni dövründə bu göstərici 180,6 dollar (307 manat) təşkil edib.
İxrac olunan atların böyük əksəriyyəti – 590 başı Qazaxıstana satılıb. Qazaxıstana satılan bir baş atın orta gömrük dəyəri 155 dollar (264 manat) olub. 
Bundan başqa 50 Özbəkistana, 45 at Qırğızıstana, 3 at Rusiyaya, 2 at isə Gürcüstana satılıb.

Azərbaycanda diri at (ətlik istiqamət üzrə) ixracına ilk dəfə olaraq 2016-cı ildə başlanıb. Həmin il 1155 baş at ixrac olunub və bunun 1120-si Qazaxıstana satılıb. 2016-cı ildə Qazaxıstana satılan bir baş atın orta gömrük dəyəri 140 dollar olub.

2017-ci ildə at ixracı 2016-cı illə müqayisədə 6,6 dəfə artaraq 7619 baş olub və bunların hamısı Qazaxıstana satılıb. Orta gömrük dəyəri isə 148 dollar olub.
2018-ci ildə at satışı azalaraq 2071-ə düşüb. Bir baş atın qiyməti isə 149 dollar təşkil edib.

2019-cu ildə at ixracı 461 baş, 2020-ci ildə 208 baş, 2021-ci ildə isə 349 baş olub. 2022-ci ildə isə yenidən artraq 3 524 başa yüksəlib və bunun 3 174-ü Qazaxıstana satılıb. Ötən il ixrac olunan bir baş atın gömrük dəyəri isə 176 dollar olub.

İslam ölkələri (Orta Asiya istisna olmaqla) və ingilisdilli ölkələr at ətini istehlak etməyən ölkələr hesab olunur. Fransa, İtaliya, Belçika, Almaniya və Orta Asiya ölkələri başda olmaqla digər ölkələrdə ən çox istifadə olunan ət növlərindən biri at ətidir.
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol