Azərbaycanda siqaret çəkən oğlan və qızların sayı açıqlanıb - RƏSMİ

15-19 yaş kateqoriyasına aid olan siqaret çəkən Azərbaycan vətəndaşlarının 50,8% oğlan, 49,2%-i isə qızlardır. Onların 64,7%-i hər gün, 35,3%-i isə arabir siqaret çəkir. Bu barədə Dövlət Statistika Komitəsinin son hesabatında bildirilib.
Qanunvericiliyə əsasən tədris, tərbiyə, səhiyyə, sağlamlıq və mədəniyyət obyektlərində, habelə idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi yerlərdə tütün məmulatlarından istifadə qadağandır. Amma müşahidələrimiz göstərir ki, buna baxmayaraq məktəblərin həyətlərində tütün məmulatlarından istifadə olunur. Həmçinin məktəblərə yaxın ərazilərdə tütün məmulatları satılan mağaza, yaxud köşklər fəaliyyət göstərir, şagirdlərə həmin tütün məhsulları satılır.
Təhsil eksperti Kamran Əsədov bildirir ki, siqaret cəkən insanın ən az 18 yaşı olmalıdır. Amma hazırda müxtəlif yaş kateqoryasına mənsub olan, xüsusi ilə azyaşlılar, şagirdlər, uşaqlar buna əməl etmirlər.
"Onlar hətta bəzi nəzarətsiz məktəblərin həyətlərində siqaret çəkirlər. Uşaqlar siqareti əsasən qrup halında çəkir. Tək halda siqaret çəkən azyaşlı birisini görmək çətindir. Uşaqların siqaret çəkməyə başlamasının əsas səbəbi buna qrup şəklində başlamalarıdır. Onlara baxıb, bu pis vərdişlərdən istifadə etməyənlər də siqaretdən istifadə edir. Aşağı siniflərdə oxuyanlar yuxarı siniflərin siqaretdən istifadə etməsini görüb, çəkməyə başlayırlar. Hətta bəziləri bunu özləri üçün fəxr hesab edirlər", - Kamran Əsədov bildirib.
Onun sözlərinə görə, azyaşlılar arasnda siqaret çəkmə hallarının qarşısını ancaq maarifləndirmə yolu ilə almaq olar.
"Mütəmadi məktəblərdə şagirdlərə siqaretə qarşı təbliğatlar aparılmalıdır. Uşaqlar siqaretin necə zərərli bir vasitə olduğunu bilmir. Onlar siqaretin tərkibi və zərərlərindən xəbərsizdirlər. Çünki onlara siqaretin proflaktikasını keçməyiblər. Məktəbdə müəlimlər şagirdləri "həyat bilgisi” kimi dərslərdə siqaretin zərərlərindən, onun tərkibindən, siqaret istifadə edərlərsə, gələcəkdə həmin uşaqları nəyin gözləməsindən xəbərdar etməlidirlər İstər valideynər, istərsə də müəlimlər uşaqlara siqaretin praflaktikasını keçməlidir. Onları uşaq yaşlarından bu xoşagəlməz vərdişdən uzaq tutmalıdırlar. Bir neçə ildir ki, 30 dan çox orta məktəbdə "Məktəblinin dostu” layhiəsi var. Layihə ilə əhatə edilən 80% məktəblərdə siqaret çəkilməsi kəskin azalıb. Düşünürəm ki, burada cərimə ilə nəyəsə nazil olmaq çətindir, maarifləndirmə işlərinə daha çox yer vermək lazımdır”, - ekspert bildirib.
İnzibati Xətalar Məcəlləsinin 212.1-ci maddəsinə əsasən "tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş yerlərdə tütün çəkməyə görə, otuz manat məbləğində tətbiq edilir.
212.3-cü maddəyə əsasən yetkinlik yaşına çatmayanlara tütün məmulatı almaqla, verməklə, tütün məmulatından istifadəni təklif və ya tələb etmək yolu ilə onların tütündən istifadə prosesinə cəlb edilməsinə görə, yüz manat məbləğində cərimə edilir.
212.4-cü maddəyə əsasən Tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə əlli manat məbləğində cərimə tətbiq edilir.
212.5-ci maddəyə əsasən "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş yerlərdə (tütün çəkmək üçün təşkil edilmiş xüsusi yerlər istisna olmaqla) tütün çəkilməsinin qarşısının alınmamasına görə, vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir.
Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 1988-ci ildən etibarən hər il mayın 31-i Ümumdünya Tütünlə Mübarizə Günü kimi qeyd edilir. Tütünlə Mübarizə Günü Ümumdünya Səhiyyə Təşkilatının Assambleyasının 42-ci sessiyasında təsis olunub. Həmin günün qeyd olunması diqqəti tütündən istifadənin sağlamlıq üçün yaratdığı təhlükələrə yönəldir və dövlətləri tütün istehlakının miqyasının azaldılması üzrə effektiv siyasət aparmağa çağırır.
Ümumdünya Səhiyyə Təşkilatı 1996-cı ildə qlobal tütün epidemiyasının qarşısını almaq məqsədilə 49-cu Ümumdünya Səhiyyə Assambleyası tütünlə mübarizə haqqında beynəlxalq çərçivə konvensiyasının işlənib hazırlanması təşəbbüsü ilə çıxış etməyi Ümumdünya Səhiyyə Təşkilatının baş direktorundan xahiş etdi. ÜST-ün belə presedentsiz təşəbbüsünə səbəb tütündən istifadənin insanların sağlamlığına təsirinin miqyası haqqında real elmi məlumatlar oldu. 21 may 2003-cü ildə Ümumdünya Səhiyyə Assambleyası bütün dünya dövlətlərinin tam hüquqlu nümayəndələrinin işləyib hazırladıqları tütünə qarşı mübarizə üzrə çərçivə konvensiyasının bitmiş mətnini təsdiq etdi.
Konvensiya 2003-cü il iyunun 30-dan 2004-cü il iyunun 29-a qədər BMT-nin Nyu-Yorkdakı mənzil qərargahında bütün dünya dövlətlərinin imzalaması üçün açıq idi. Bu müddətdə konvensiyanı dünyanın 167 dövləti imzaladı. Bu gün onların sayı 192-yə çatır və bu sırada Azərbaycan Respublikası da var. Bu günə olan məlumata görə Çərçivə Konvensiyasını 160-dan çox dövlət ratifikasiya etmişdir və onların sayı çox sürətlə artır.
Çərçivə Konvensiyasının iştirakçı dövlətləri, həmçinin, Azərbaycan öz üzərinə bir tərəfdən tütün məhsullarına tələbatın və istifadəsinin azalması ilə, digər tərəfdən isə tütün məmulatlarının idxalına nəzarətlə bağlı siyasət və qanun işləyib hazırlamaq və qəbul etmək öhdəliyi götürürlər.
Konvensiya 2003-cü il iyunun 30-dan 2004-cü il iyunun 29-a qədər BMT-nin Nyu-Yorkdakı mənzil qərargahında bütün dünya dövlətlərinin imzalaması üçün açıq idi. Bu müddətdə konvensiyanı dünyanın 167 dövləti imzaladı. Bu gün onların sayı 192-yə çatır və bu sırada Azərbaycan Respublikası da var. Bu günə olan məlumata görə Çərçivə Konvensiyasını 160-dan çox dövlət ratifikasiya etmişdir və onların sayı çox sürətlə artır.
Çərçivə Konvensiyasının iştirakçı dövlətləri, həmçinin, Azərbaycan öz üzərinə bir tərəfdən tütün məhsullarına tələbatın və istifadəsinin azalması ilə, digər tərəfdən isə tütün məmulatlarının idxalına nəzarətlə bağlı siyasət və qanun işləyib hazırlamaq və qəbul etmək öhdəliyi götürürlər.
Eltac Nurullazadə
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























