• $
  • €
  • ₽
  • ₺
  • £

Sabahdan daşınmaz əmlakın icbari sığortasının elektron qaydada tətbiqinə başlanılır

Sabahdan daşınmaz əmlakın icbari sığortasının elektron qaydada tətbiqinə başlanılır
31.05.2023 19:30

İyunun 1-dən Azərbaycanda daşınmaz əmlakın icbari sığortası və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası növləri üzrə sığorta şəhadətnamələri elektron qaydada tərtib olunacaq.

Bu barədə İcbari Sığorta Bürosundan bildirilib.
 
Ötən ilin sonunda "İcbari sığortalar haqqında” qanunda edilmiş dəyişikliklərin tələbləri nəzərə alınaraq Büro ilə İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin informasiya sistemləri arasında aparılan inteqrasiya işləri yekunlaşdırılıb, əmlakın sığortalanması ilə əlaqədar lazımi məlumatların müvafiq dövlət qurumundan alınması təmin edilib. Müvafiq növlər üzrə sığorta şəhadətnamələrinin elektron tərtib edilməsi üçün əmlakın çıxarışının reyster nömrəsi və qeydiyyat nömrəsi portala daxil ediləcəkdir. Daha sonra müvafiq veb servis ilə elektron qaydada əmlakın digər məlumatları Dövlət Əmlak Xidmətindən əldə ediləcəkdir.
 
Şəhadətnamələr sığorta şirkətləri tərəfindən təsdiq edilərək və elektron vasitələrlə imzalanacaqdır. Ödəniş kodu sığortalıya sms vasitəsi ilə göndərildikdən sonra Hökümət Ödəniş Portalı vasitəsi ilə sığorta haqqının ödənişi təmin edilməlidir. Ödənişin həyata keçirilməsindən sonra şəhadətnamə qüvvəyə minəcəkdir.

Vurğulanıb ki, müvafiq elektron informasiya sistemləri ilə inteqrasiyaların tamamlanmasından sonra elektron şəhadətnamə ilə bağlı məlumatlar Büronun məlumat bazasında mövcud olmaqla, vətəndaşların şəxsi kabinetlərində də məlumatların əlçatanlığı təmin ediləcəkdir. Elektron informasiya sistemində məlumatların mövcud olması müvafiq icbari sığorta növü üzrə sığortalanmağa nəzarəti həyata keçirən orqanlara müvafiq məlumatın ötürülməsini asanlaşdıracaqdır.

Bürodan onu da əlavə ediblər ki, "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası”, "Daşınmaz əmlakın icbari sığortası”, "Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası” və "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” növlərinin elektronlaşdırılması yekunlaşdırılmış, "Sərnişinlərin icbari fərdi qəza sığortası” nın elektronlaşdırılması istiqamətində isə işlər intensiv olaraq davam etdirilir. Yaxın zamanlarda yeniliklərin ictimaiyyətə təqdim edilməsi nəzərdə tutulur.
www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol