• $
  • €
  • ₽
  • ₺
  • £

Yasamal RİH-də maarifləndirici təlim keçirilib

Yasamal RİH-də maarifləndirici təlim keçirilib
31.05.2023 19:44
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Hüquq və İnsan haqları institutunun birgə təşkilatçılığı ilə bu gün Yasamal rayon icra hakimiyyətinin əməkdaşları üçün maarifləndirici təlim keçirilib.
 
Tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstləri qoyulub. Daha sonra isə Ümummilli Liderin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Təlimdə "Vətəndaşların müraciətlərinə baxılması”, "Korrupsiya, rüşvət və etik davranış”, "Sosial mediada məsuliyyət” və digər mövzular üstülük təşkil edib. Təlim iştirakçılarına uğurlar arzu edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov Ulu Öndər Heydər Əliyevin "Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır” sözlərini xatırladıb və hər bir dövlət qulluqçusunun bu prinsipi rəhbər tutmalı oldğunu vurğulayıb.
 
İcra başçısı sakinlərin müraciət və şikayətlərinə baxılması, vətəndaşlarla ünsiyyətdə etik davranış qaydaları, sosial media və digər məqamlarla baglı geniş məlumat verib. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin dövlət qurumları rəhbərlərinin əhali ilə görüşlərinin keçirilməsi barədə tapşırığına uyğun olaraq yerli icra hakimiyyətlərində, o cümlədən Yasamal rayon icra hakimiyyətində, mütəmadi qaydada sakinlərlə görüşlər keçirilir. Möhtərəm cənab Prezident İlham Əliyevin:”Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət göstərməlidir, köməklik göstərməlidir” fikiri xatırladılıb.

Yasamal RİH tərəfindən hər həftə iki dəfə qəbul keçirilir. Elə 2022-ci il ərzində Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən toplam 38 səyyar qəbul keçirilib və 520 müraciət qeydə alınıb. Bu müraciətlərin əksəriyyəti öz həllini tapıb.

Daha sorna söz alan Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə təlimləri barədə məlumat verib və onun əhəmiyyəti barədə danışıb.
 
Yasamal RİH aparatı əməkdaşlarının iştirak etdiyi tədbir konkret mövzulara aid təlimlərlə öz işini davam etdirib.Təlim yekunlarına əsasən iştirakçılara sertfikatlar təqdim edilib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol