“Azerçay”dan 1 iyunda qayğıya ehtiyacı olan uşaqlara dəstək

Milli markamız "Azerçay”ın dəstəyi, Azərbaycan Autizm Assosiasiyasının təşkilatçılığı ilə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə tədbir təşkiledilib.
Dənizkənarı Bulvarda keçirilən "Xüsusi qayğıya ehtiyacı olan uşaqlarla 1 gün” adlı əyləncəli tədbirdə millət vəkilləri, dövlət rəsmiləri, QHT və özəl şirkət nümayəndələri iştirak ediblər.
Tədbirdə uşaqların əylənməsi üçün "Azerçay” tərəfindən DJ və animatorlar dəvət edilib, eyni zamanda azyaşlıların çox sevdiyi şirin pambıq və "Maraş dondurması” hazırlanıb. Bundan əlavə, iştirakçılar uşaqların hazırladığı əl işləri ilə tanış olub, onların fəaliyyətləri ilə yaxından tanış olublar.
Həmçinin tədbir iştirakçıları ləziz təamlı "Azerçay”-a qonaq olublar.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























