Azərbaycanda fəaliyyət göstərən qadın vəkillərin sayı açıqlanıb

Ölkədə 400-ə yaxın qadın vəkil fəaliyyət göstərir. Bunu Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Azərbaycanla qonşu olan ölkələrdə belə bir hal yoxdur.
"Hazırda Azərbaycanda qadın vəkillərin azlığı bizi narahat edir. Bu hal qonşu ölkələrdə yoxdur. Onlarda qadın və kişi vəkillərin sayı bərabərdir. 2018-ci ildə qadın vəkillərin sayı 15 faiz göstərici idi, son illərdə 20 faizə yaxındır",- sədr vurğulayıb.
2022-ci ildə Azərbaycanda ümumilikdə vəkillərin sayı 2 135 nəfər olub.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























