İranda itkin düşən Fərid Səfərli casusluq maddəsi ilə həbs olunub

Üç aydır müəmmalı şəkildə itkin düşən azərbaycanlı tələbə Fərid Səfərli İranda həbs edilib. Bu barədə Musavat.com-a açıqlamasında Fərid Səfərlinin anası Dilarə Əsgərova bildirib.
Onun sözlərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən ünvanlanan məktubda bildirilib.
"Bu gün XİN-dən məktub aldıq, orada bildirilir ki, Fəridi İranda casusluq maddəsi ilə həbs ediblər. Mən sabah Prezident İlham Əliyevə müraciət hazırlayacağam. Oğlumun oradan qurtulması yalnız ölkə başçısının köməyi ilə ola bilər. Çünki casusluq elə bir ittihamdır ki, Pezident bu məsələyə müdaxilə etməsə, inanmıram uşağı oradan xilas etmək mümkün olsun",- anası əlavə edib.
Almaniyada tibb təhsili alan azərbaycanlı tələbə Fərid Səfərli martın 3-də İranda müəmmalı şəkildə itkin düşmüşdü.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























