• $
  • €
  • ₽
  • ₺
  • £

Deputatın oğlu atasının fotoları ilə şantaj edildi

Deputatın oğlu atasının fotoları ilə şantaj edildi
02.06.2023 10:57
Milli Məclisin deputatı İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlını şantaj edən şəxs barəsindəki qərardan verilmiş apellyasiya şikayətinə baxılıb.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, deputatın oğlu 1992-ci il təvəllüdlü N.M. barəsində həbs qərarının çıxarılmasını tələb edib.

Mirhəmid Nərimanlı bildirib ki, N. sosial şəbəkə vasitəsilə ona hədə-qorxu gələrək dəfələrlə pul tələb edib. Həmin qadının atası İqbal Məmmədova məxsus olduğu bildirilən intim görüntülərlə onu şantaj etdiyini deyən Mirhəmid bu yolla ondan 1768 manat pul alındığını bildirib.

Məhkəmədə sübutlar dəyərləndirilib. N.M.in deputatın oğluna yazdığı "İntim video İqbal Məmmədov Şok”, "Bir saata hesaba baxıram, pul orada olmasa, şəkilləri hər yerə yayacağam, pulu karta yox, millliön vasitəsi ilə etopazda olan hesaba göndər, özüm götürəcəyəm”, "Həmid, sən məni aldadırsan, iki balamın canına and olsun, bu gün 600 manat pul göndərməsən, daha götürməyəcəyəm. Onsuz da o pulu başqa yolla çıxaracağam. Adamlar var ki, o şəkillərə pul verir və onlara verəcəyəm, paylaşacağam. Sənə son SMS yazıram, bir saata 600 manat pul kartda olmasa, dediyimi edəcəyəm. Mən sadəcə 11-də girib hesaba baxacağam, hesabda pul olmasa, hər şeyi özün görəcəksən. Pulu necə ödəyəcəyini isə özüm sənə deyəcəyəm” və s. məzmunlu mesajlar sübut kimi təqdim edilib.

Bildirilib ki, N.M. Mirhəmidi atası, Milli Məclisin VI çağırış deputatı İqbal Məmmədovun şəkillərinin olduğunu, pul verməyəcəyi halda, mətbuatda və sosial şəbəkələrdə həmin şəkilləri yaymaqla atasını rüsvay edəcəyi ilə hədələyib, hədəni real qəbul edən zərərçəkmiş şəxs özü və atasının rüsvay olacaqlarından ehtiyatlanaraq onunla razılaşıb və elektron qaydada tələb olunan pulları göndərib.

2022-ci ildə N.M. Xəzər Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 182-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsi ilə açılmış iş üzrə təqsirli bilinib və ona 3 il həbs cəzası verilib. Lakin daha sonra Bakı Apellyasiya Məhkəməsi hökmün dəyişdirilməsi barədə qərar çıxarıb və ona şərti cəza verilərək həbsdən azad edilib. Apellyasiya Məhkəməsinin qərarından narazı qalan Mirhəmid Nərimanlı Ali Məhkəməyə kassasiya şikayəti verib. Ali Məhkəmə şikayəti təmin edib və işi yenidən Bakı Apellyasiya Məhkəməsinə göndərilib.

Bu dəfə apellyasiya instansiyası fərqli qərar qəbul edib və N.M. barəsindəki Xəzər Rayon Məhkəməsinin hökmü bərpa edilib. N.M. bir neçə gün əvvəl başa çatan proses nəticəsində məhkəmə zalındaca həbs edilib.

İqbal Məmmədovun oğlu Mihəmid Nərimanlı daha öncə də gündəmə qalmaqallı hadisə ilə gəlmişdi. 2019-cu ildə İqbal Məmmədova məxsus olan və oğlunun rəhbərlik etdiyi Lerikdəki "Relax" istirahət mərkəzində vergidən yayınma faktları üzə çıxmış və Mirhəmid Nərimanlı barəsində cinayət işi açılmışdı. Həmin vaxt istirahət mərkəzinə gələn yoxlama əməkdaşları arasında Mirhəmid Nərimanlı və ətrafındakı şəxslər arasında dava-dalaş da düşmüşdü. Həmin hadisələrlə əlaqədar həbs edilən M.Nərimanlı bir müddət sonra azadlığa buraxılmışdı.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol