Bakıdan Tbilisiyə uçan təyyarə tufana görə geri qayıdıb

"Azərbaycan Hava Yolları” QSC-nin tərkibinə daxil olan "Buta Airways” aviaşirkətinin J2 9225 nömrəli Bakı-Tbilisi reysini yerinə yetirən hava gəmisinin kapitanı uçuş hava limanına qayıtmaq qərarına gəlib.
Bu barədə "Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti məlumat yayıb.
Buna səbəb Tbilisi hava limanı ətrafındakı hava şəraitinin qəfil pisləşməsi (tufan) olub.
Təyyarə yerli vaxtla saat 23:05-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























