• $
  • €
  • ₽
  • ₺
  • £

Xroniki böyrək xəstəliyindən əziyyət çəkən xəstələrin sayı açıqlanıb

Xroniki böyrək xəstəliyindən əziyyət çəkən xəstələrin sayı açıqlanıb
13.03.2014 22:00
“Bu gün Azərbaycanda xroniki böyrək xəstəliyindən əziyyət çəkən 2312 nəfər xəstə var və onların hər biri dövlət hesabına hemodializlə təmin olunublar”.APA-nın xəbərinə görə, M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının hemodializ şöbəsinin müdiri Fariz Babayev jurnalistlərə açıqlamasında bildirib ki, onlar Azərbaycanın regionlarda yerləşən 23 və Bakıdakı 7 hemodializ mərkəzində dövlət hesabına hemodializlə təmin olunublar. Onun sözlərinə görə, bu gün inamla demək olar ki, hemodializ növbəsi yoxdur: “Ümumiyyətlə, xroniki böyrək çatışmazlığı uzun sürən böyrək xəstəliyi nəticəsində əmələ gəlir. Bu tendensiyaya həm dünyada, həm də ölkəmizdə rast gəlinir. Bu gün Azərbaycanda hemodializ qəbul edən xəstələrin 30 faizə yaxınında böyrək xəstəliyinə səbəb şəkərli diabet olub. Bütün dünyada olduğu kimi ölkəmizdə də dializ qəbul edən xəstələrin yaş həddi 6 yaşla 82 yaş arasında dəyişir. Statistika göstərir ki, 35-55 yaş arasında olan insanlarda daha çox böyrək çatışmazlığı xəstəliyi qeydə alınıb”. F.Babayev əlavə edib ki, böyrək xəstələrinin sayında cinsə görə böyük bir fərq yoxdur. Onun sözlərinə görə, statistika xəstəlikdən əziyyət çəkən kişilərin qadınlardan 2-3 faiz çox olduğunu göstərir. O bildirib ki, hemodializ müalicədən daha çox yaşam tərzidir və bu, həmin xəstələrin yaşaması üçün bir yoldur: “Son illərdə regionlarda və eyni zamanda ötən il Sumqayıtda açıqlan böyük dializ mərkəzlərinin hesabına xəstələri tam dializlə təmin etmək mümkün olub. Bu il ərzində Astarada, Tovuzda və Ağcabədi rayonlarında yeni 3 mərkəz istifadəyə veriləcək”.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol