• $
  • €
  • ₽
  • ₺
  • £

Zakir İbrahimov Pakistanın nümayəndə heyəti ilə görüşüb

Zakir İbrahimov Pakistanın nümayəndə heyəti ilə görüşüb
03.06.2023 11:18

"AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin sədri Zakir İbrahimov iyunun 2-də Pakistan İslam Respublikasının neft üzrə dövlət naziri Musadik Məsud Malikin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonaqları salamlayan İdarə Heyətinin sədri dost və qardaş Pakistanın torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən mübarizədə ölkəmizin haqlı mövqeyinə göstərdiyi siyasi dəstəyin hər zaman xatırlandığını və heç zaman unudulmayacağını qeyd edib.

Azərbaycan-Pakistan əlaqələrinin bir çox sahələrdə inkişaf etdiyini vurğulayan Zakir İbrahimov daha sonra "AzerGold” QSC-nin fəaliyyəti, əldə etdiyi uğurlar, dövlət şirkətinin uzunmüddətli strateji təşəbbüsləri, əlvan və qara metal istiqamətləri üzrə görülən işlərdən geniş bəhs edib.

Görüşdə ölkəmizin dağ-mədən sənayesi barədə məlumat verilib, Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun əldə etdiyi zəfər nəticəsində azad edilmiş ərazilərimizdə faydalı qazıntı yataqları ilə bağlı böyük perspektivin olduğu qeyd edilib. Buna baxmayaraq, həmin ərazilərdə geniş miqyasda fəaliyyətin aparılmasına məhz Ermənistan Respublikası tərəfindən basdırılmış minaların əngəl olduğu və bugünədək mina xəritələrinin tam olaraq təhvil verilmədiyi diqqətə çatdırılıb.

Pakistan İslam Respublikasının neft üzrə dövlət naziri Musadik Məsud Malik ölkələrimiz arasında iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən faydalı əməkdaşlıq təcrübəsinin mövcud olduğunu diqqətə çatdırıb. Pakistanlı nazir əlaqələrimizin dağ-mədən sənayesi üzrə də inkişaf etdirilməsi üçün böyük imkanların olduğunu qeyd edib. M.Malik ölkəsinin mineral xammal ehtiyatları barədə məlumat verib, xüsusilə də kömür, dəmir filizi, mis və qızıl sahələrinin potensial əməkdaşlıq üçün cəlbediciliyini vurğulayıb.

Ölkə hüdudlarından kənarda fəaliyyətin genişləndirilməsinin "AzerGold” QSC-nin əsas strateji hədəflərindən biri olduğunu qeyd edən Z.İbrahimov hazırda qonşu ölkələrlə birgə əməkdaşlıq imkanlarının nəzərdən keçirildiyini qeyd edib. Sədr dövlət şirkətinin yeni və faydalı təşəbbüslərə, o cümlədən təcrübə mübadiləsinə açıq olduğunu diqqətə çatdırıb. Bu xüsusda, tərəflər arasında dağ-mədən sənayesi üzrə müvafiq qurumlar, dövlət və özəl şirkətlərlə əməkdaşlıq perspektivlərinin dəyərləndirilməsinin mümkünlüyü qeyd edilib və bu istiqamətdə məlumat mübadiləsi, müzakirələrin təşkili və Pakistana səfərlə bağlı təkliflər nəzərdən keçirilib.

Sonda qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. İki ölkə arasında iqtisadi əməkdaşlığın qiymətləndirilməsi baxımdan görüşün olduqca faydalı olduğu diqqətə çatdırılıb.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol