Son sutkada 6 nəfər koronavirusa yoluxub

Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutkada infeksiyaya 6 yeni yoluxma faktı qeydə alınıb.
İki nəfər dünyasını dəyişib.
İndiyədək ölkədə ümumilikdə 831 859 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 539 nəfər müalicə olunaraq sağalıb, hazırda 43 aktiv xəstə var. Bu günə qədər 10 277 nəfər vəfat edib.
Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 472, bu günə qədər isə ümumilikdə 7 625 572 test icra olunub.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 965 826 olub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























