Azərbaycanda COVID-19-a yoluxanların və peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda koronavirusa 2 yeni yoluxma qeydə alınıb, 9 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında ölən olmayıb.
Ölkədə bugünədək ümumilikdə 831 861 nəfər koronavirusa yoluxub. Onlardan 821 548 nəfər müalicə olunaraq sağalıb, 10 277 nəfər vəfat edib. Hazırda aktiv xəstə sayı 36 nəfərdir.
Son sutkada koronavirus əleyhinə 18 vaksin vurulub.
Bir gündə birinci mərhələ üzrə peyvənd olunanların sayı 1, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 12, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 1 nəfərdir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























