Nərminin ölümündən sonra atasına "Müharibə veteranı" adı verilib - İDDİA/Foto

Tovuzda oğurlanıb öldürülən Nərmin Quliyevanın atasına sözügedən hadisələrdən sonra "Müharibə veteranı" adı və vəsiqəsi verildiyi iddia oluur.
Bu barədə jurnalist Aytən Məmmədova sosial şəbəkə hesabında yazıb.
O, Nərminin atası Şərif Quliyev haqqında tərtib olunmuş sənədin fotosunu yayıb və bildirib ki, bu sənəd onun Qarabağ müharibəsində hərbi hissədən qaçdığının sübutudur.
"Amma necə olursa, 30 il keçir, "Nərmin olayı"ndan dərhal sonra buna "Müharibə veteranı" adı və vəsiqəsi verilir. Müharibə vaxtı qaçan adam üçün "Müharibə veteranı" vəsiqəsini hadisədən sonra kimlər təşkil edib? Hansı xidmətlərinə görə? Niyə məhz bu hadisədən sonra?...”',- jurnalist əlavə edib

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























