• $
  • €
  • ₽
  • ₺
  • £

Təhsil naziri tələbələrin narazılıqlarına münasibət bildirdi

Təhsil naziri tələbələrin narazılıqlarına münasibət bildirdi
13.03.2014 16:14
 Təhsil naziri Mikayıl Cabbarov son vaxtlar Nazirlər Kabinetinin qəbul etdiyi "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları"ndan sonra yaranan narazılıqlara münasibət bildirib. Təhsil naziri Mikayıl Cabbarov APA-ya açıqlamasında bildirib ki, ümumilikdə təhsil sistemində tələbələrlə universitetlər arasında münasibət daha sağlam, qarşılıqlı hörmətə əsaslanan olmalı, Azərbaycanın hər bir vətəndaşının hüququ dövlət məmuru, təhsil işçisi, təhsil rəhbəri tərəfindən təmin olunmalıdır. Bunu birbaşa vəzifə borcu hesab edən M.Cabbarov qeyd edib ki, bu səbəbdən təhsil sistemində fəaliyyət göstərən insanlardan daha məsuliyyətli yanaşma tələb edilir: “Təhsil Nazirliyi olaraq biz tələbələrin hüquqlarının tam təmin olunmasına zəmanət veririk. Tələbələrə gəldikdə, onlar da unutmamalıdırlar ki, Azərbaycan hüquqi dövlətdir. Bu, yalnız və yalnız hüquqi çərçivədə baş verən bir dialoq ola bilər və olmalıdır. Nazir kimi hər zaman bu prizmadan istənilən vətəndaşın, tələbənin qanunla verilmiş hüquq və öhdəlikləri çərçivəsində davranışını qəbul edirəm. Hüquqi çərçivədən kənara çıxan heç bir addımı isə qəti şəkildə tanımırıq. Düşünürük ki, hüquqi çərçivədən kənar addımlar nə təhsil sisteminin, nə də vətəndaş cəmiyyətinin formalaşmasına xidmət edir”. M.Cabbarov qeyd edib ki, təhsilin daimi qarşılıqlı dialoq, müzakirə, qarşılıqlı hörmətə əsaslanan proses olduğunu hər kəs hər zaman nəzərində saxlamalıdır. Onun sözlərinə görə, bu məsələyə dair Təhsil Nazirliyinin siyasəti aydındır: “Son həftə ərzində nazirliyin “Facebook” səhifəsində ali təhsilə aid olan bütün sualları (istisnasız) cavablandırmağımız öz tərəfimizdən bu dialoqa hər zaman hazır olduğumuzu, fəaliyyətimizi təhsil alanların hüquqlarının, təhsil sistemində səmərəliliyin təmin edilməsi üçün bir vəzifə borcumuz kimi gördüyümüzü sübut edir. Bu məqsədlə də işlər həyata keçiririk. O ki qaldı istiqamətə, mən əminəm ki, biz hamımız, təhsil sistemində fəaliyyət göstərənlər öz səylərimizi tərəqqiyə yönəlmiş dəyişikliklərin müzakirəsi və daha çox mənfi hallarla mübarizəyə yönəltməliyik. Bu prizmadan düşünürəm ki, diqqət mərkəzində tamamilə başqa mövzu və məsələlər olmalıdır”.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol