Dəlixana ilə hədələndiyini deyən fəal ruhi-əsəb dispanserinə yerləşdirilib

Müqavimət Hərəkatı üzvü Ziyafət Abbasovadan bir sutkaya yaxındır xəbər almaq mümkün olmur. Bu barədə yaxınları sosial şəbəkələr vasitəsilə məlumat veriblər.
Onlar Ziyafət Abbasovanın hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığını iddia edirlər.
"Ötən gün 11:30 radələrində Cəmil Həsənlinin kitab təqdimatına gedərkən yoxa çıxıb. Ziyafət xanım mənə bildirmişdi ki, bu rejim onu dəlixanaya qoymaqla hədələyir”, - Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Gülnarə Rəhimova bildirib.
DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, ictimai fəalın saxlanılması ilə bağlı yayılan iddialar əsassızdır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























