Elm və Təhsil nazirliyinə ayrılan vəsaitin həcmi artırılmalıdır- DEPUTAT

Elm və Təhsil nazirliyinə ayrılan vəsaitin həcmi artırılmalıdır. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında deputat Əli Məsimli deyib.
www.anews.az
"İnsan kapitalına vəsaitin qoyulması əsas məqsədlərdən biri olmalıdır. Hazırda Elm və Təhsil Nazirliyinə 4 milyard manat ayrılıb. Onun da 80% işçilərinin əmək haqlarına gedir. Elmə və təhsilə xərclənən vəsait azdır. Ona görə hesab edirəm ki, bu istiqamətdə dövlət büdcəsindən daha çox vəsait ayrılmaq lazımdır”, - deputat bildirib.
2023-cü ildə büdcədən ən çox vəsait ayrılacaq sahələrdən biri təhsil sahəsi olub. Belə ki, büdcə layihəsinə əsasən, təhsilə ayrılan məbləğ 4,4 milyard manat təşkil edib, bu da 2022-ci illə müqayisədə 536,5 milyon manat və ya 13,8 faiz, 2021-ci ilin icra göstəriciləri ilə müqayisədə isə 1,3 milyard manat (42,4 faiz) çoxdur.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























