• $
  • €
  • ₽
  • ₺
  • £

Polis Bəxtiyar Hacıyevin avtomobilindən nələri götürüb?- Dostu danışdı

Polis Bəxtiyar Hacıyevin avtomobilindən nələri götürüb?- Dostu danışdı
07.06.2023 13:21
Bəxtiyar Hacıyevin dostu Rail Abbasov iyunun 6-da Bakı şəhər Baş Polis İdarəsində istintaq tərəfindən saatlarla dindirldikdən sonra yerli vaxtla saat 22:30-da sərbəst buraxılıb. Bu barədə "Turan”a onun özü məlumat verib.

"Səhər saat 8-də evimizdə, mənim və bizim həyətdə dayanmış Bəxtiyarın avtomobilində axtarış apardılar. Evimdən və avtomobillərdən vaxtı ilə Bəxtiyar Hacıyevlə İkinci Qarabağ Müharibəsi zamanı yardımlarla bağlı qaimələr var idi. Həmin qaimələri və başqa sənədləri götürdülər. Evimdən mənim kompüterimi, ailə üzvlərimin telefonlarının və mənim şəxsi sənədlərimi  götürdülər. Sonra məni Bakı şəhər Baş Polis İdarəsinə apardılar və şahid qismində saat 14-dən saat 22-dək dindirdilər. İstintaqın 40-dək sualına cavab verdim”, - o qeyd edib.

İ
yunun 6-da istintaq orqanı Bəxtiyar Hacıyevin Bakıa özünün, Gəncədə atasının, Göygöl şəhərində qardaşının evində və avtomobillərində axtarış aparıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı "Amerikanın Səsi”nə bildirib ki, Bəxtiyar Hacıyevin yaşadığı evdə axtarış aparılması cinayət işi üzrə istintaq hərəkətləri çərçivəsindədir. Saxlanılan yoxdur.

Bəxtiyar Hacıyev ötən il dekabrın 9-da xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə həbs edilib. Dekabrın 15-də Hacıyev azadlığa buraxılması tələbi ilə aclıq aksiyasına başlayıb. O, ictimaiyyət nümayəndələrinin və ailə üzvlərinin israrlı çağırışlarından sonra dekabrın 28-də aclıq aksiyasına son qoyub. Lakin yanvarın 9-da Apellyasiya Məhkəməsi onun həbsdən azad olunmasını rədd etdikdən sonra o, aclıq aksiyasını bərpa edib.

Hacıyev aclıq aksiyasının 51-ci günündə aclığı dayandırıb.

Məhkəmə Hacıyev barəsində müxtəlif vaxtlarda həbs qətimkan tədbirinin uzadılması barədə qərarlar qəbul edib və həbs müddəti iyunun 28-dək uzadılıb.

ABŞ Dövlət Departamenti, ABŞ Helsinki Komissiyası, Avropa İttifaqı, Avropa Şurası və bir sıra beynəlxalq QHT nümayəndələri dəfələrlə Bəxtiyar Hacıyevin həbsdən azad olunmasını tələb edib.
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol