Azərbaycan həmişə idxaldan asılı ölkə olaraq qalacaq- Nazir müavini

Azərbaycan həmişə idxaldan asılı ölkə olaraq qalacaq. Bunu iqtisadiyyat nazirinin müavini Elnur Əliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında deputatların suallarını cavablayarkən deyib.
"Biz hər hansı məhsul üzrə idxalı azalda bilərik. Amma ümumilikdə istəsək də, istəməsək də, idxaldan həmişə asılı olacayıq. 2022-ci ildən başlayataq ixrac məhdudiyyətlərinin 29 məhsul üzrə tətbiqinə başlamışıq. Əvvəllər şərti olaraq Ukrayna, Qazaxsıtan kimi ölkələrdən idxal qəbul edirdiksə, indi Brazilyadan məhsul alırıq. Ərzaq təhlükəsizliyimizi mütləq təmin etməliyik. Ona görə də bazarda qida məhsulları ilə bağlı infilasiya problemlərinə hazır olmalıyıq”, - nazir müavini bildirib.
Elnur Əliyev 2022-ci ildə iş yerlərinin açılması üçün büdcədən 400 milyon vəsaitin ayrıldığını açıqlayıb.
"Ötən il 757 layihəni maliyələşdirmişik. Onların 732-si rayonları əhatə edir. Yerdə qalan 25 layihə Bakı ərazisinə aidir. Ona görə regionlarda iş yerlərinin açılması bizim əsas priotoetlərimizdəndir”, - Əliyev söyləyib.
www.anews.az

İyunun 7-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bir neçə deputat regionlarda iş yerlərinin açılmasının vacibliyini vurğulayıb və bildiriblər ki, rayonlarda iş yerlərinin olmaması hələ də ciddi problem olaraq qalır.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib