İş adamı Anar Hüseynov həbs edilib

Rusiyanın Ulyanovsk məhkəməsi azərbaycanlı iş adamı 32 yaşlı Anar Hüseynovu həbs edib.
"Unikal"ın məlumatına görə, Biznesmen haqqında 2023-cü il avqustun 5-dək iki ay müddətinə həbs-qətimkan tədbiri görülüb.
Azərbaycanlı iş adamı Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 238-ci maddəsi (ehtiyatsızlıq tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi, ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümü ilə nəticələnən) ilə həbs edilib. Onu beş ilədək məcburi əmək və ya on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.
Anar Hüseynovun "Andi" MMC adlı şirkətinin istehsal etdiyi "Cənab Sidr" içkisindən 30-dan çox insan ölüb, 100-ə yaxın insan zəhərlənib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























