Növbəti 4 ildə Şuşaya köçürüləcək əhalinin sayı açıqlanıb

Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən növbəti 4 il ərzində Şuşaya 2000 nəfərin köçürülməsi nəzərdə tutulub. Bunu Şuşada keçirilən tədbirdə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi Aydın Kərimov deyib.
Onun sözlərinə görə, Şuşan ümumilikdə 20 min nəfərin yaşadığı şəhər olacaq.
Cari ilin sonunda Şuşaya ilkin olaraq 1500 sakinin köçürülməsi planlaşdırılır.
Şuşa 2020-ci il noyabrın 8-də işğaldan azad olunub.
Şuşa 1930-cu ildə inzibati rayon statusu alıb. Mərkəzi Şuşa şəhəridir. Dəniz səviyyəsindən 1300-1600 metr yüksəklikdə yerləşən Şuşa və ətrafındakı dağlıq ərazi Qarabağ bölgəsindəki ən strateji əhəmiyyətli yerlərdən biridir. Şəhər Cənubi Qafqazda yerləşən Qarabağ regionunun ikinci ən böyük şəhəridir. Xankəndi şəhərinə gedən Laçın dəhlizi də buradan keçir.
289 kvadratkilometr ərazisi, 1 şəhər və 30 kənddən ibarət olan Şuşa şəhəri 1992-ci il mayın 8-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. Həmin dövrdə Şuşanın 24 min nəfər əhalisi olub.
Şuşanın müdafiəsi uğrunda aparılan döyüşlərdə 195 nəfər şəhid olub, 165 nəfər yaralanıb, 58 nəfər əsir düşüb və girov götürülüb.

Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib