Qarabağda çalışan sahibkarların ödənişləri gecikdirilir - Deputat

Qarabağın azad olunmuş ərazilərində çalışan sahibkarların ödənişləi gecikdirilir və onlar bununla bağlı narazılıq edirlər. Bunu millət vəkili Elnur Allahverdiyev iyunun 7-də İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında çıxışı zamanı bildirib.
"Bununla bağlı artıq şikayətlər alırıq. Problemlər büdcə ilə bağlıdır. Sahibkarların ödənişləri verilmir. Biz daxili qaydada bu məsələləri müzakirə edə bilərik, amma bunu iş adamlarına izah etmək olmur. İş adamları deyir ki, ödənişləri öz vəsaitlərindən verməli olurlar. Bu çətinliyin nə ilə bağlı olduğunu onlara doğru şəkildə izah etmək lazımdır”, – deputat bildirib.
İqtisadiyyat nazirinin müavini Elnur Əliyev rəsmisi isə bildirib ki, deputata cavab olaraq bu cür hallar adətən büdcədənkənar işlər olanda baş verir deyə cavab verib.
"İllik büdcə daxilində öncədən görüləcək işlərin planına uyğun büdcə ayrılır. Bizə də o cür müraciətlər daxil olur. Ödənişlərin verilməməsi prosesi büdcədənkənar olduğu üçün bu cür hallar ola bilir”, - nazir müavini vurğulayıb.
Gülnar
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























