• $
  • €
  • ₽
  • ₺
  • £

Seulda Azərbaycan-Koreya Biznes Forumu keçirilib

Seulda Azərbaycan-Koreya Biznes Forumu keçirilib
07.06.2023 18:54
7 iyun tarixində Cənubi Koreyanın Seul şəhərində Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın üçüncü iclası çərçivəsində Azərbaycan-Koreya Biznes Forumu keçirilib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) və Koreya Beynəlxalq Ticarət Assosiasiyasının (KITA) birgə təşkilatçılığı ilə keçirilən biznes forumda İT, energetika, inşaat, maşınqayırma, kimya sənayesi, səhiyyə, əczaçılıq və digər sahələrdə fəaliyyət göstərən Koreya şirkətləri iştirak edib.

Komissiyanın Azərbaycan tərəfindən həmsədri, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov forumda çıxış edərək bu kimi tədbirlərin iki ölkə arasında iqtisadi əlaqələrin genişlənməsi və qarşılıqlı investisiyalar üçün yeni imkanlar yaranacağına əminliyini vurğulayıb. Ələt Azad İqtisadi Zonasında, eləcə də Azərbaycanın digər sənaye və texnologiya parklarında tətbiq olunan güzəştlər barədə koreyalı sahibkarlara məlumat verilib, Koreya şirkətləri fəal əməkdaşlığa dəvət edilib.

Forumda Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi, Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumu və AZPROMO tərəfindən təqdimatlar edilib. Təqdimatlar zamanı işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən infrastruktur layihələri və Azərbaycanda investisiya imkanları barədə iştirakçılara geniş məlumat verilib.

Tədbirdə koreyalı sahibkarların sualları cavablandırılıb, həmçinin B2G formatında görüşlər keçirilib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol