• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda tikintidə təhlükəsizliklə bağlı yeni dövlət standartları qəbul edilib

Azərbaycanda tikintidə təhlükəsizliklə bağlı yeni dövlət standartları qəbul edilib
07.06.2023 19:18
Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən AZS ГОСТ 26633-2023 "Ağır və xırdadənəli betonlar. Texniki şərtlər”, AZS ГОСТ 31914:2023 "Monolit konstruksiyalar üçün yüksək möhkəmlikli ağır və xırdadənəli betonlar. Yoxlama və keyfiyyətin qiymətləndirilməsi qaydaları” və AZS ГОСТ 32495:2023 "Xırdalanmış betondan və dəmir-betondan qırmadaş, qum və qum-qırmadaş qarışıqları. Texniki şərtlər” dövlət standartları qəbul edilib.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu məlumat yayıb.

Bildirilir ki, ölkə ərazisində tikinti sahəsində təhlükəsizliyin, o cümlədən tikinti materialları, məmulatları və konstruksiyalarının keyfiyyətinin yüksəldilməsinin təmin edilməsi məqsədilə beynəlxalq mütərəqqi təcrübələrə əsaslanan müasir tələblərə uyğun yeni dövlət standartlarının qəbul edilməsinə zərurət yaranıb.

AZS ГОСТ 26633-2023 "Ağır və xırdadənəli betonlar. Texniki şərtlər” standart bütün tikinti sahələrində və iqlim zonalarında istifadə edilən sement yapışdırıcılı və sıx dolduruculu konstruktiv ağır və xırdadənəli betonlara şamil edilir və betonlara dair texniki tələbləri, onların qəbul qaydalarını və yoxlama üsullarını müəyyən edir. Standart gərginləşən, iridənəli, turşuyadavamlı, istiyədavamlı, radiasiya mühafizəli, xüsusi ağır və dispers-armaturlanmış betonlara şamil edilmir.

AZS ГОСТ 31914:2023 "Monolit konstruksiyalar üçün yüksək möhkəmlikli ağır və xırdadənəli betonlar. Yoxlama və keyfiyyətin qiymətləndirilməsi qaydaları” standart sıxılmada möhkəmlik sinifləri B60 və yuxarı olan, istismar edilən və tikinti mərhələsində olan monolit konstruksiyalar üçün nəzərdə tutulan yüksək möhkəmlikli ağır və xırdadənəli betonlara şamil edilir və yüksək möhkəmlikli ağır və xırdadənəli betonların xassələri və sınaq xüsusiyyətləri nəzərə alınmaqla, möhkəmliyin, şaxtayadavamlığın və sukeçirməzliyinin təyini, yoxlanılması və qiymətləndirilməsi qaydalarını müəyyən edir. Yüksək möhkəmlikli ağır və xırdadənəli betonun digər normalaşdırılan birbaşa keyfiyyət göstəriciləri həmin sınaqlara aid normativ sənədlər əsasında təyin edilir, yoxlanılır və qiymətləndirilir.

AZS ГОСТ 32495:2023 "Xırdalanmış betondan və dəmir-betondan qırmadaş, qum və qum-qırmadaş qarışıqları. Texniki şərtlər” standart, beton və müxtəlif təyinatlı məhlulların doldurucuları kimi istifadəsi üçün nəzərdə tutulmuş və həmçinin ərazilərin abadlıq, bərpa və hamarlanması üçün hazır qarışıqların komponent materialı, avtomobil yollarının əsasları, uçuş-enmə zolaqlarının və aerodromların platformalarının əsasları, yol çiyinlərinin tikintisi materialı kimi istifadə olunan xırdalanmış betondan və dəmir-betondan alınmış qum-qırmadaş qarışıqlarına, qırmadaşa və quma şamil edilir. Bu standart, xırdalanmış betondan qum-qırmadaş qarışıqlarının, qırmadaşın və qumun xüsusiyyətlərini, qəbul meyyarlarına, sınaq üsullarına, daşınmasına və saxlanmasına dair tələbləri müəyyən edir.
 
Xırdalanmış betondan alınmış qum-qırmadaş qarışıqları asfalt-beton qarışıqlarının hazırlanması, üzvi yapışdırıcı materiallarla emal edilmiş əsasların hazır qarışıqlarının hazırlanması üçün tətbiq edilmir.

Standartlar "Tikinti materialları, məmulatları və konstruksiyaları”nın standartlaşdırılması üzrə Texniki Komitəyə (AZSTAND/TK 10) müzakirəyə çıxarılıb və İnstitut tərəfindən təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol