• $
  • €
  • ₽
  • ₺
  • £

“Azerçay” Lənkəranda möhtəşəm çay festivalı təşkil etdi

“Azerçay” Lənkəranda möhtəşəm çay festivalı təşkil etdi
08.06.2023 11:26
Azərbaycanın milli çayçılıq ənənələrini dəstəkləyən doğma "Azerçay”, Lənkəranda çay festivalı təşkil edib.

Adıçəkilən milli marka ölkəmizdə çayın məskəni olan cənub bölgəsinin sakinlərinə 4-6 iyun tarixlərində əsl bayram ab-havası yaşadıb. Festivalın keçirilməsində məqsədlərdən biri də, 1938-ci ildən ölkəmizin kənd təsərrüfatında önəmli yeri olan və minlərlə fermerin məşğulluğunu təmin edən sahəyə diqqət çəkmək olub. Lənkəran şəhəri İcra Hakimiyyətinin dəstəyi ilə Heydər Əliyev parkında yüksək səviyyədə təşkil edilən konsert proqramı və müxtəlif əyləncələr festival iştirakçılarının böyük marağına səbəb olub.

Çay festivalında nərd yarışı, dama yarışı, şahmat yarışı, milli mətbəx, rəsm, üz boyama və xına guşələrində iştirakçılar əyləncəli vaxt keçiriblər. Bununla yanaşı festivalda "Azerçay” ziyarətçiləri çaya qonaq edib. Sakinlərə "Azerçay” markasının təbii çay çeşidləri olan Buket, Pekoe, Klassik, Kəkliotulu təqdim edilib və çay mədəniyyəti barədə faydalı məlumatlar paylaşılaraq maraqlı viktorinalar təşkil edilib.

Tədbirdə Lənkəran şəhər icra hakimiyyətinin başçısı və digər məsul şəxslər iştirak ediblər.

Sənan Şəfizadənin aparıcılığı ilə keçirilən və 3 gün davam edən festivalda minlərlə qonaq doğma "Azerçay”dan dadaraq məşhur müğənnilərdən Rübail Əzimov, "Jafarlinsky Band”, əməkdar artist Ədalət Şükürov, "DJ Elax”, "Nənələr qrupu” və müxtəlif rəqs qruplarının çıxışlarını izləyərək xoş anlar yaşayıb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol