Rəqəmsal inkişaf və nəqliyyat naziri Naxçıvanda səfərdə olub

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Naxçıvan Muxtar Respublikasında səfərdə olub.
Nümayəndə heyəti əvvəlcə Naxçıvan şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini və adını daşıyan muzeyi ziyarət edib.
Sonra Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüş keçirilib. Görüş zamanı ölkədə İKT və nəqliyyat sahələrinin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər, əldə olunan nəticələr barədə danışılıb.
Səfər çərçivəsində nümayəndə heyəti muxtar respublikadakı sahəvi qurum və şirkətlərin fəaliyyəti ilə tanış olub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























