Aİ Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır- Peter Mixalko

Avropa İttifaqı (Aİ) Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır, Azərbaycanın ticari əməkdaşlığının 52 faizdən çox hissəsi Aİ-nin payına düşür. Bunu Aİ-nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko Lənkəranın icra başçısı Taleh Qaraşovla görüşündə bildirib.
"Aİ ölkələrinin Azərbaycanla ikitərəfli layihələri var ki, sabah bu layihələr təqdim olunacaq, Lənkəran sakinləri bu layihələr barədə daha ətraflı məlumat olacaq. Biz çalışırıq ki, bu layihələrlə bir çox əməkdaşlıqlara imza ataq",-Mixalko əlavə edib.
Səfir bildirib ki, 2022- ci ildə Azərbaycan və Aİ arasında təhsil sahəsində rekord göstəricilər olub. Buraya həm Aİ ölkələrində təhsil alan azərbaycanlıların sayı, həm də digər sahələr ilə bağlı göstəriciləri aid etmək olar.
Belçika, Litva, Rumıniya, Latviya, Niderland, Almaniya, İsveç, Polşa, Estoniya, Çexiya, Bolqarıstan səfirləri Aİ-nin Nümayəndəliyinin rəhbəri ilə birgə Lənkərana gəlib.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























