• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistan UNİCEF və "Halo Trust” şirkətini ittiham edir

Ermənistan UNİCEF və "Halo Trust” şirkətini ittiham edir
09.06.2023 19:42
Britaniyanın humanitar təşkilatı "Halo Trust” Qarabağda  2000-dən artıq tank, 9000–dən çox piyada əleyhinə minanı hələ işğal dövründə məhv edərək 4,8 milyon kvadratmetr ərazini təhlükəsiz vəziyyətə gətirib. 100-dən çox işçi heyətlə aparılan təmizləmə prosesi 5 Azərbaycan rayonunu əhatə edib. Bunu millət vəkili Zahir Oruc bildirib.  

"Britaniyanın  "Halo Trust” təşkilatı 2000-dən artıq tank, 9000–dən çox piyada əleyhinə minanı hələ işğal dövründə məhv edərək 4,8 milyon kvadratmetr ərazini təhlükəsiz vəziyyətə gətirib. 100-dən çox işçi heyətlə aparılan təmizləmə prosesi 5 rayonumuzu əhatə edib. Lakin iki il əvvəl Ermənistanın hökumət təmsilçiləri on minlərlə erməninin həyatını xilas edən Britaniya təşkilatını minalı ərazilərin xəritələrini, eləcə də müxtəlif xarakterli hərbi və təhlükəsizlik informasiyalarını Türkiyə və Azərbaycanın məxfi xidmət orqanlarına verməkdə suçlayıb. Sən demə, həmin kəşfiyyat sənədlərinin əldə edilməsi hesabına ordumuzun tank və topları, hava hücumundan müdafiə sistemləri düşmənə dəqiq zərbələr vurub, silahlı qüvvələrimiz güvənli yollardan keçərək Qələbəyə nail olublar. Təsəvvür edirsinizmi, işçilərinin az qala yarısını yerli ermənilər təşkil edən bir qurumu müharibədəki məğlubiyyətə və "hamı günahkardır” ittihamına qurban vermək, özlərini məsuliyyətdən kənarda saxlamaq üçün istənilən böhtana hazırdırlar. Təbii ki, təşkilat ittihamları rədd edib və sonda İrəvan rəsmiləri geri çəkilib, əməkdaşlığa davam ediblər”,  -  Zahid Oruc bildirib. 

Onun sözlərinə görə,  Ermənistanda təkcə sözügedən təşkilat deyil həmçinin  UNİCEF-in yerli rəhbəri Marian Hattinqi də Azərbaycanla gizli iş birliyində günahlandırıblar.

"Casus qalmaqalına müharibə vaxtı Britaniyanın Mİ-6 təşkilatını, Almaniya parlament üzvlərini, Paşinyanın məsləhətçilərini, bəzi hökumət üzvlərini, hətta Ermənistanın Təhlükəsizlik qüvvələrini, ordu generalları və zabitlərini, bu yaxınlarda isə bir neçə əsgəri də əlavə ediblər. Son 3 ildə məhkəmə orqanlarında açılan cinayət işlərinin sayı 100-dən artıqdır. Əlbəttə, 44 günlük savaş dövründə məxfi strukturlarımızın peşəkarlığına Ali Baş Komandan yüksək qiymət verib. Lakin əgər, "Halo Trust” mina xəritələrini ordumuza vermiş olsaydı, son 3 ildə 57 nəfər insanımız həyatını itirməz, 245 vətəndaşımızın ağır yaralanması baş verməzdi",  -  millət vəkili bildirib. 
 
Gülnar Nazimqızı

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol