• $
  • €
  • ₽
  • ₺
  • £

Keçmiş məcburi köçkünlərin Füzuli və Ağdama köçürüləcəyi vaxt açıqlanıb

Keçmiş məcburi köçkünlərin Füzuli və Ağdama köçürüləcəyi vaxt açıqlanıb
11.06.2023 16:23
Keçmiş məcburi köçkünlərin Füzuli və Ağdama köçürüləcəyi vaxt açıqlanıb.

Azərbaycan Respublikası Prezidentinin Qarabağ üzrə xüsusi nümayəndəsi Emin Hüseynov "Xalq qəzeti”nə müsahibəsində bildirib ki, ilk növbədə, sosial şəraiti ağır olan, qəzalı vəziyyətdəki müvəqqəti məskunlaşma yerlərində yaşayan, eyni zamanda, tərkibində iş qabiliyyəti olan şəxslərə aid ailələrin məskunlaşmasına üstünlük verilir.

"Məsələn, Böyük Qayı­dış Proqramı çərçivəsində martın 16-da Tərtər rayonunun Talış kəndinə ilkin mər­hələdə bu cür şəraitdə yaşayan 20 məc­buri köçkün ailəsinin (90 nəfər) köçürül­məsi bunun bariz ifadəsidir", - Emin Hüseynov deyib.

Onun sözlərinə görə, hazırda Füzulidə 6 məhəllə inşa olu­nur:
"38 binada tikinti-quraşdırma əməliy­yatları sürətlə aparılır. 800 ailənin həmin yaşayış sahəsinə ilin sonunadək köçürül­məsi nəzərdə tutulur. Bu proses iki mər­hələdə planlaşdırılır. Sentyabr ayına kimi reallaşacaq birinci mərhələdə 260 ailənin məskunlaşdırılması gözlənilir".

Emin Hüseynov qeyd edib ki, əsas məqsəd işğaldan azad olunmuş əra­zilərdə bərpa və reabilitasiya prosesinin ilk mərhələsində Füzuli və Ağdamda iki şəhər mərkəzinin və 32 kəndin yenidən qurulması, həmçinin Hadrut, Suqovuşan və Tuğda turizmin inkişafı istiqamətində nəzərdə tutulan layihələrin yüksək key­fiyyətlə, eyni zamanda nəzərdə tutulan vaxtda həyata keçirilməsidir.

Xüsusi nümayəndə əlavə edib ki, Ağdam şəhərində ərazi geniş olduğu və bu səbəbdən də böyük həcmdə infrastruktur quruculuğu aparıldığı üçün məskunlaş­manın gələn ilin sonunda başlanacağı nəzərdə tutulur.

"Ümumiyyətlə, 2026-cı ilin sonunadək Ağdam şəhərinə 20 min keçmiş məcburi köçkünün köçürülməsi planlaşdırılır", - Emin Hüseynov əlavə edib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol