• $
  • €
  • ₽
  • ₺
  • £

Bəzi dövlət qurumlarının elektron xidmətlərində ciddi problemlər var - Zahid Oruc

Bəzi dövlət qurumlarının elektron xidmətlərində ciddi problemlər var - Zahid Oruc
12.06.2023 10:37
Dövlət xidmətləri ilə bağlı vahid məlumat portalında (dxr.az, -  red) ciddi problemlər var. Bunu Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Oruc bildirib. 

"Dxr.az portalında bəzi dövlət xidmətlərinin 511 elektron xidmət arasında yer almasına baxmayaraq, reallıqda onlar nə elektronlaşdırılıb, nə də avtomatlaşdırılıb. Müdafiə Sənayesi Nazirliyinin "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub olan və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən əşyaların dövriyyəsinə xüsusi icazə verilməsi” xidməti portalda qeyd olunsa da xidmət verilmir. Qida Təhlükəsizliyi Agentliyinin "Qida məhsullarının istehsalı, qablaşdırılması, saxlanılması, emalı, utilizasiyası və məhv edilməsi üçün nəzərdə tutulan tikinti obyektlərinin tikintisi və yenidən qurulmasına dair layihələrə rəy verilməsi” xidməti üzrə dxr.az portalında xidmətin elektronlaşma və avtomatlaşma dərəcələri haqqında heç bir məlumat yoxdur. Elm və Təhsil Nazirliyinin "Şagirdlərin təhsildə qazandıqları cari nailiyyətləri əks etdirən məlumatların verilməsi” xidməti də eyni vəziyyətdədir", - Zahid Oruc əlavə edib.
 
dxr.az portalı 2014-cü ildə Azərbaycan Prezidentinin fərmanına əsasən Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən yaradılıb. Portal bir çox istiqamətlər üzrə vətəndaşlara xidmət göstərir. 
 
Gülnar Nazimqızı 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol