• $
  • €
  • ₽
  • ₺
  • £

Bank kartlarından oğurluq hansı məsuliyyətə gətirib çıxarır? - HÜQUQŞÜNAS MƏSLƏHƏTİ

Bank kartlarından oğurluq hansı məsuliyyətə gətirib çıxarır? - HÜQUQŞÜNAS MƏSLƏHƏTİ
25.06.2023 20:38
Bank kartlarından pulların oğurlanmasının bir neçə geniş yayılmış üsulları var. Bunların arasında ən çox yayılan fişinq və vişinqidir. 
 
Fişinq müəyyən üsullarla istifadəçinin istifadəçi adı, şifrəsi, kart məlumatları və digər həssas məlumatlarının dələduzlar tərəfindən ələ keçirilməsi və oğurlanmasıdır. Fişinq hücumlar zamanı dələduz bank saytı kimi görünən saxta veb-sayt yaradır. Sonra isə onlar istifadəçiləri müxtəlif şirnikləndirmə üsullarından istifadə edərək bu sayta aldadıb aparmağa cəhd edirlər ki, burada onlar gizli istifadəçi məlumatlarını, yəni istifadəçi adı, şifrə, şəxsi hesab məlumatlarını əldə edir.  Sonda isə bu məlumatlar fırıldaqçılıq fəaliyyətinin həyata keçirilməsində istifadə edilir.

Vişinq kartdan pulun oğurlanmasının həyata keçirilmə üsuluna görə fişinqdən fərqlənir. Bu zaman dələduzlar telefon zəngi ilə bank və ya hüquq-mühafizə orqanları yaxud da digər qurumun əməkdaşı olduğunu bildirir və şəxsə onun haqqında bəzi məlumatları söyləyir. Məsələn, ad, soyad və s. Belə olduqda da həmin şəxsdə zəng edən dələduza qarşı inam yaranır və onun soruşduğu məxfi məlumatları söyləyir. Dələduz həmin məxfi məlumatları soruşma səbəbini müxtəlif bəhanələrlə izah edir. Məsələn, şəxsə zəng edilərək bildirilir ki, o, müəyyən məbləğdə pul udub və bu pulun ödənilməsi üçün kart məlumatlarını verməlidir.
 
Hüquqşünas Sahib Məmmədovun sözlərinə görə, vətəndaşlar bu kimi hallarda yaşadığı ərazi üzrə hüquq-mühafizə orqanlarına müraciət etməlidir.

"Burada məsələ hadisənin xarakterindən də asılıdır. Tutaq ki, hadisə hansısa ərazidə canlı baş verib. Məsələn, hansısa xuliqanlıq hadisəsi qeydə alınıb və ya şəxsə xəsarət yetirilib. Burada məsələ aydındır. Virtual məkanda baş verən dələduzluq zamanı isə ola bilər ki, vətəndaşa tövsiyyə edilsin ki, yaşadığı yer üzrə hüquq mühafizə orqanlarına müraciət etsin. Belə hallarda vətəndaş həm hadisə baş verdiyi ərazi, həm də qeydiyyatda olduğu rayon üzrə hüquq-mühafizə orqanlarına şikayət etmək hüququna malikdir”, - hüquqşünas bildirib.

Şəxslərin bank kartlarında olan pulları onların mülkiyyəti hesab olunur. Mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bank kartlarından pulların oğurlanması mülkiyyətə qəsd hesab olunur. Kartlardan pulların oğurlanması ilə bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində məsuliyət nəzərdə tutulmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Ödəniş kartında şəxs və onun bank hesabında olan pul vəsaiti barədə məlumat əks olunduğundan, bu kart elektron məlumat daşıyıcısı hesab olunur. Buna görə də bu cinayəti törədən şəxs adı çəkilən maddə ilə məsuliyyətə cəlb olunur. Bir məsələni də nəzərə almalıyıq ki, bu maddədə nəzərdə tutulan məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə 100 manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır.
 
Eltac Nurullazadə
 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol