Bakıda taksilərin sayı normadan 4-5 dəfə çoxdur - Millət vəkili

Bakıdakı taksilərin sayı normadan 4-5 dəfə çoxdur. Bunu deputat Elnur Allahverdiyev deyib.
"Hər bir sahədə nizam intizam lazımdır. Bu gün vəziyyət acınacaqlıdır. Azərbaycana turist axını artır. Belə taksi ximətləri Bakıya çox da yaraşmır. Bu sahə ilə bağlı şikayətlər çoxdur. Bu günlərdə problemlə bağlı Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müsahibəsi ilə tanış oldum. Hiss olunur nəzarət güclü olacaq. Bakıda taksilərin sayı normadan 4-5 dəfə çoxdur. Metro dünyanın hər yerində ən rahat sərnişindaşıma vasitəsi hesab olunur. Amma Bakıda statistikaya əsasən metro ilə sərnişindaşıma 2019-cü illə müqayisədə 12% azalıb. Səbəb məlumdur. Bakıda bir neçə qlobal taksi aqreqatoru fəaliyyət göstərir və adamlar ucuz taksi xidmətinə üstünlük verirlər”, - deputat iyunun 12-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bildirib.
Elnur Allahverdiyev Türkiyəni misal çəkərək deyib ki, Türkiyədə beynəlxalq taksi şirkəti Uberin fəaliyyəti ləğv olunub.
www.anews.az

Azərbaycanda taksi şirkətləri və taksi sürücüləri üçün yeni qaydalar hazırlanır.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib