Taksi bahalaşacaqmı?

Yaxın vaxtlarda taksilərə taksometr quraşdırılması planlaşdırılır. Bu məsələ Milli Məclisə daxil olan "Avtomobil nəqliyyatı haqqında” qanuna dəyişikliklərlə bağlı qanun layihəsində öz əksini tapıb.
Sənəddə deyilir ki, minik avtomobillərində onların qət etdiyi məsafənin, boşdayanmanın müddətinin uçotunun aparılması, gediş haqqının məbləğinin hesablanması və bu barədə sərnişinin məlumatlandırmasını təmin edən, taksi üçün nəzərdə tutulmuş fiskal yaddaşlı xüsusi cihaz (taksometr) və proqram təminatı olmalıdır.
Taksilərdə sürücü ilə sərnişin arasında narazılıq yaradan əsas səbəb qiymət məsələsidir. Bəzi sürücülər bildirirlər ki, belə olduqda heç kim qiymətdə aldanmayacaq. Bir qisim sürücülər isə bu qərarın onlar üçün sərfəli olmayacağını düşünürlər.
Nəqliyyat məsələləri
üzrə ekspert Elməddin Muradlının sözlərinə görə, taksometrlərin quraşdırılması
qiymət artımına səbəb olsa da, xidmətin keyfiyyətinə ciddi təsir göstərəcək.
"Taksometrlə bağlı qərar əslində buna qədər
qanunda var idi. Sadəcə illərdi ki, bu icra olunmur və bunun obyektiv və subyektiv səbəbləri var. Bu cihazlar kifayət qədər bahadır. Taksi sürücüləri həmişə sosial vəziyyətlərinin çətin olduğunu bildirirlər. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi müxtəlif ölkələrlə danışıqlar
aparır ki, taksometrlərin gələcəkdə ölkəyə ucuz qiymətə gətirilməsini hansısa
formada təmin edə bilsinlər. Hal-hazırda taksi xidmətində qiymətlərə nəzarət sistemi lazımdır. Bunun
mexanizmi də taksometrlərdən aslıdır. Həmçinin elektron sistem vasitəsi ilə də bunu
etmək olar. Onsuz da sifarişlər bu
formada qəbul olunur və kilometraja görə hesablanıb müştəriyə bildirilir. Burada şirkətlərə nəzarət mexanizmi hansı
formada həyata keçirilə bilər və şirkətlərin burada özbaşınalıq edib-etməməsi
problemi var. Taksometr həm sürücünün, həm də sərnişinin gözü qarşısında qiyməti
hesablayıb ekranda göstərir. Nazirlik qiymətlərin minimal həddini müəyyənləşdirməyə
çalışır ki, şirkətlər bundan istifadə edib qiymətləri endirməsinlər. Belə olanda
həm sürücülər, həm də sərnişinlər əziyyət çəkirlər. Sürücülər daha çox işləmək
məcburiyyətində qaldığına görə, əsəbi və gərgin olurlar. Bu da nəticədə sərnişinlə
müəyyən mübahisələrə gətirib çıxarır. Əgər normal qiymət olarsa, keyfiyyətli
xidmət təşkil etmək olar. Yəni insanlar anlamalıdırlar ki, taksi qiymətinin az
olması xidmət keyfiyyətinin aşağı olmasına gətirib çıxarır. Qanunda qeyd olunan
yeniliklərdə bunlar nəzərə alınıb”, - ekspert bildirib.
Yeni qərara əsasən, sürücünün iş və istirahət vaxtı iə bağlı, habelə rəqəmsal taxoqrafla işləmək üçün tələb olunan digər məlumatların saxlanılmasını təmin etmək üçün rəqəmsal taxoqraf kartı quraşdırılacaq.
Bundan əlavə, icazəsiz taksi fəaliyyəti ilə məşğul olanlar 40.000 AZN məbləğində cərimələnəcəklər. Bu haqda müvafiq qanun təsdiqlənib.
Eltac Nurullazadə
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























