• $
  • €
  • ₽
  • ₺
  • £

Dünyada 160 milyon uşaq əməyə cəlb olunub - Beynəlxalq Əmək Təşkilatı

Dünyada 160 milyon uşaq əməyə cəlb olunub - Beynəlxalq Əmək Təşkilatı
12.06.2023 23:51
Beynəlxalq Əmək Təşkilatının son hesabatına görə, hazırda dünyada 160 milyon uşaq hələ də uşaq əməyinə cəlb olunub. Bu da dünyada hər on uşaqdan biri deməkdir. Bu barədə təşkilatın açıqladığı hesabatda qeyd olunub. 

12 iyun Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Günüdür. Bu gün Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən təsis olunub. Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Gününün təqvimə daxil edilməsi təşəbbüsü 1997-ci ildə Amsterdamda və Osloda "Uşaq əməyinin ən pis formaları ilə mübarizə" və "Uşaq əməyi ilə mübarizəyə dair" mövzular üzrə keçirilən beynəlxalq konfranslarda irəli sürülüb.

BMT-nin Davamlı İnkişaf Məqsədlərinin hədəfləri sırasında 2025-ci ilədək  uşaq əməyinin bütün formalarının ləğv edilməsi də xüsusi yer alır.

Afrika həm uşaq əməyində olan uşaqların nisbətinə (beşinci), həm də uşaq əməyindəki uşaqların mütləq sayına (72 milyon) görə regionlar arasında birinci yerdədir. Asiya-Sakit okean regionu bu iki göstərici üzrə ikinci yeri tutur - bütün uşaqların 7%-i və mütləq ifadədə 62 milyonu bu regionda uşaq əməyinə cəlb olunub.

Dünyada  əməyi istismar olunan hər on uşaqdan təxminən doqquzu Afrika və Asiya-Sakit okean regionunda yaşayır.  Uşaq əməyindən istifadə hallarının qalan hissəsi Amerika (11 milyon), Avropa və Mərkəzi Asiya (6 milyon) və Ərəb Dövlətlərinnin (1 milyon) payına düşür.  Yayılma baxımından Amerika qitəsində uşaqların 5%-i, Avropa və Mərkəzi Asiyada 4%-i, Ərəb dövlətlərində isə 3%-i uşaq əməyinə cəlb olunur.

Uşaq əməyinə cəlb olunan uşaqların nisbəti aşağı gəlirli ölkələrdə ən yüksək olduğu halda, onların sayı orta gəlirli ölkələrdə daha yüksəkdir. Aşağı və orta gəlirli ölkələrdə bütün uşaqların 9%-i və yuxarı orta gəlirli ölkələrdəki uşaqların 7%-i uşaq əməyinə cəlb olunub. Hər bir milli gəlir qrupunda uşaq əməyindən istifadə edilən uşaqların mütləq sayı ilə bağlı statistika göstərir ki, uşaq əməyində işləyən 84 milyon uşaq (uşaq əməyində olan bütün uşaqların 56%-i) faktiki olaraq orta gəlir səviyyəsi olan ölkələrdə, daha 2 milyonu isə yüksək səviyyədə yaşayır. 

Milli Məclisin mayın 12-də keçirilən plenar iclasında Daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov  "insan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı haqqında" məsələnin təqdimatı zamanı bildirib ki, Azərbaycanda 2022-ci il 685 uşaq dilənçiliyə cəlb olunub. O bildirib ki, dilənçiliyə şərait yaradan 232 valideyn aşkar olunub. 

Hesabat ilində  yerli icra hakimiyyətləri yanında komissiyalara, qəyyumluq və himayə orqanlarına 619 material göndərilib, övladlarının təlim-tərbiyəsi ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirməyən 48 valideyn inzibati məsuliyyətə cəlb edilməklə polis nəzarətinə götürülüb.

Azərbaycan Respublikası Beynəlxalq Əmək Təşkilatının "İşə qəbul olunmaq üçün minimum yaş həddi haqqında”, eləcə də "Uşaq əməyinin ən pis formalarının qadağan edilməsinə və onların aradan qaldırılması üçün təcili tədbirlərə dair” Konvensiyalarını ratifikasiya edib. Bundan başqa milli qanunvericiliyimizdə 15 yaşdan aşağı uşaqların işləməsinə icazə verilmir.

Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Əmək və Məşğulluq” Altsistemində 1 milyon 769 mindən çox əmək müqaviləsi bildirişi mövcuddur. Müqavilə bildirişlərinin 8734-ü 15-18 yaşda olan şəxslərlə bağlanılan müqavilələrə məxsusdur. Əmək müqaviləsi ilə işləyən 15-18 yaşlı işçilərin 237-si dövlət, 8497-si isə qeyri-dövlət sektorunda çalışır. 

Əmək Məcəlləsinə əsasən, uşaqlar, onların yaşına, sağlamlıq vəziyyətinə, ümumtəhsil və peşə hazırlığı səviyyəsinə uyğun olan, mənəviyyatına təhlükə törətməyən əməklə məşğul olmaq hüququna malikdirlər. Azərbaycanda işə düzəlmək üçün minimum yaş həddi 15-dir. Əmək müqaviləsi on beş yaşına çatmış fiziki şəxslərlə bağlanıla bilər. On beş yaşından on səkkiz yaşınadək olan şəxslərlə əmək müqaviləsi bağlanarkən onların valideynlərindən və ya övladlığa götürənlərdən (qəyyumlarından) birinin və yaxud qanunla onları əvəz edən şəxslərin yazılı razılığı alınmalıdır. Yaşı 16-dan az olan işçilərə əmək məzuniyyəti — 42 təqvim günündən, 16 yaşından 18 yaşınadək işçilərə isə 35 təqvim günündən az olmayaraq verilir. Qısaldılmış iş vaxtının müddəti həftə ərzində 16 yaşınadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər üçün 36 saatdan artıq olmamalıdır. Əmək haqları isə müvafiq vəzifələr, peşələr üzrə işləyən yaşlı işçilər üçün müəyyən edilmiş tam məbləğdə ödənilir. Yaşı 18-dən az olan işçiləri gecə vaxtı işlərə, iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsi, habelə onların ezamiyyətə göndərilməsi qadağandır. Əmək şəraiti ağır, zərərli olan iş yerlərində yaşı 18-dən az olan şəxslərin əməyinin tətbiq edilməsi qadağandır.
 
İstiqamət: 6.3.19. uşaq və gənclərin fiziki və mənəvi inkişafı.
Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin Maliyyə dəstəyi çərçivəsində hazırlanıb. 

 
Gülnar Nazimqızı 



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol