Müəlliməyə zinət əşyası hədiyyə olunması valideynlərin istəyi ilə baş verib- Təhsil İdarəsi

Xırdalanda 1 saylı tam orta məktəbin ibtidai siniflərinin buraxılış mərasimində valideynlərin ibtidai sinif müəlliminə qızıl zinət əşyası hədiyyə etmələri ilə bağlı daha bir rəsmi açıqlama verilib.
Abşeron-Xızı Regional Təhsil İdarəsindən bildirilib ki, izahat alınan valideynlər müəllimi müdafiə ediblər.
"Faktla bağlı araşdırma davam etdirilir. İlkin məlumat belədir ki, bu, sırf valideynlərin şəxsi təşəbbüsü və istəyi əsasında baş verib. Ortada heç bir məcburiyyət yoxdur. Həmçinin bu hadisə dərs zamanı deyil, dərsdənkənar olub. Valideynlərdən də izahat alınıb. Onlar da müəllimi müdafiə edərək, bunun şəxsi təşəbbüsləri olduğunu ifadə ediblər”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























