Bakı bulvarında kaktusların kəsilməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub

Bakı bulvarında kaktusların kəsilməsi və yandırılması ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub.
Bu barədə Dənizkənarı Bulvar İdarəsindən məlumat verilib.
İdarə Milli Parkda kaktusların kəsilməsi, yandırılması ilə bağlı yayılan görüntülər barədə məlumatlıdır: "Olay barədə məlumat daxil olandan dərhal sonra hüquq-mühafizə orqanlarına müraciət olunub. Aparılan araşdırmadan sonra qanuna uyğun tədbirlərin görülməsi üçün müvafiq addımlar atılacaq. Dənizkənarı Bulvar İdarəsi bildirir ki, bulvarın mühafizəsi üçün lazım olan bütün addımları atıb. Lakin Milli Parkın böyük ərazini əhatə etdiyini və insanların sıx ziyarət etdiyi yer olmasını nəzərə alsaq, o zaman bu məkanda nizam-intizama əməl olunması, səliqə-səhmanın qorunması üçün insanların da üzərinə böyük məsuliyyət düşür".
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























