• $
  • €
  • ₽
  • ₺
  • £

Coca-Cola Azərbaycan “YayLand Fest” yarmarkasında iştirak edir

Coca-Cola Azərbaycan “YayLand Fest” yarmarkasında iştirak edir
12.06.2023 18:08
Coca-Cola Azərbaycan "Nargis” Fondunun təşəbbüsü ilə ilk dəfə həyata keçirilən "YayLand Fest” xeyriyyə yarmarkasının tərəfdaşıdır.

Coca‑Cola Azərbaycanın yarmarkada quraşdırdığı üzərində şəhərimizin görüntüləri əks olunmuş ikonik Coca-Cola şüşəsi instalyasiyası qonaqların marağını cəlb edir. Həmçinin şirkətin burada yerli rəssamın çəkdiyi, özündə Bakının əsas elementləri və musiqi simvollarını əks etdirən foto zonası da tədbirə əlavə rəng qatır. 

Coca-Cola şirkətinin Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə İctimaiyyətlə Əlaqələr və Kommunikasiya direktoru Elşad Fərzəliyev şirkətin ölkədə sosial layihələrə daim dəstək olduğunu bildirib: 

"Coca-Cola fəaliyyət göstərdiyi ölkələrdə sosial təşəbbüsləri dəstəkləyir. Yay aylarında insanların əylənməsi və istirahəti üçün şəhərin mərkəzində belə maraqlı yarmarka təşkil olunub. Xeyriyyə məqsədi ilə keçirilməsi isə layihəyə xüsusi məna qatır. Sevindirici haldır ki, qonaqlar Coca-Cola Azərbaycanın yarmarkada hazırladığı foto zonada və instalyasiyamızın ətrafında şəkillər çəkdirərək bu festivalı unudulmaz edirlər”.

Şəhərin mərkəzində - Fəvvarələr meydanında qonaqlara yay əhvali-ruhiyyəsi bağışlayan yarmarka iyun ayının 15-nə qədər davam edəcək. Yarmarkanın sonunda əldə edilən gəlir xeyriyyə məqsədilə sərf ediləcək.


Coca-Cola Azərbaycan ölkədə həyata keçirilən sosial layihələrə dəstək olur, müxtəlif təşəbbüslərə qoşulur. Şirkət uzun illərdir keçirilən "Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasının da 2017-ci ildən etibarən baş sponsorudur.

Dünyanın ən nüfuzlu şirkətlərindən olan Coca Cola Azərbaycanda 1994-cü ildən etibarən fəaliyyət göstərir. 

Coca-Cola Azərbaycan haqqında daha ətraflı məlumat coca-cola.az saytındadır.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol