• $
  • €
  • ₽
  • ₺
  • £

Xarici diplomatlar Bakıda ixtisasartırma təlimi keçəcəklər

Xarici diplomatlar Bakıda ixtisasartırma təlimi keçəcəklər
12.06.2023 23:48
Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AlDA) ilə ADA Universiteti tərəfindən birgə təşkil olunan "Əcnəbi Diplomatlar üçün Xarici Siyasət Proqramı - 2023” adlı beynəlxalq təlim bu gün Bakıda öz işinə başlayıb.

Beynəlxalq səviyyədə insan kapitalının inkişafı və əməkdaşlığın gücləndirilməsi məqsədini daşıyan proqramda 22 ölkədən (İtaliya, Malta, Yunanıstan, Monteneqro, Serbiya, Rusiya, Polşa, Gürcüstan, Qırğızıstan, Türkmənistan, Hindistan, Tayland, Qana, Kamboca, Kenya, Sierra-Leone, Qayana, Nigeriya, Efiopiya, Timor-Leste, Kuba və Argentina) xarici diplomatlar iştirak edir. İki həftə davam etməsi nəzərdə tutulan proqram iyunun 24-də başa çatacaq.

Proqramın açılış mərasimində ADA Universitetinin prorektoru və İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə çıxış edərək xarici diplomatların proqram vasitəsilə Cənubi Qafqaz və Xəzər regionu barədə biliklərini artıracağına əminliyini bildirib.

AIDA-nın rəisi Elməddin Mehdiyev Xarici İşlər Nazirliyi adından iştirakçıları salamlayaraq proqramın beynəlxalq əməkdaşlığa verdiyi töhfədən, eləcə də Azərbaycanın yeni donor ölkəsi kimi beynəlxalq yardım sahəsində əldə etdiyi uğurlardan danışıb.

ADA Universiteti prorektorunun müşaviri, İnkişaf və Diplomatiya İnstitutunun direktor müavini Aygün Hacıyeva proqramda tədris olunun mövzular sayəsində iştirakçıların Azərbaycanın tarixi, mədəniyyəti, xarici siyasət kursu və ictimai idarəetməsi barədə məlumatlarını artıracaqlarını vurğulayıb. O, ADA Universiteti və onun İnkişaf və Diplomatiya İnstitutunun fəaliyyəti barədə ətraflı məlumat verib.

Açılış mərasimində qonaq qismində iştirak edən Yunanıstanın ölkəmizdəki səfiri Xristos Kapodistrias, Argentinanın səfiri xanım Marianxeles Belluşi və Kubanın səfiri Karlos Valdes Konsepsion sözügedən proqramın diplomatlar üçün son dərəcə səmərəli olacağını vurğulayaraq proqramın təşkilinə görə təşəkkürlərini ifadə ediblər.

ADA Universitetinin professor-müəllim heyəti, İnkişaf və Diplomatiya İnstitutunun əməkdaşları, eləcə də Xarici İşlər Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və digər dövlət qurumlarından dəvət edilən qonaq məruzəçilər diplomatlar qarşısında beynəlxalq siyasət, səmərəli diplomatik fəaliyyət, peşəkar bacarıq və qabiliyyətlərin inkişafı, Azərbaycanın xarici siyasət prioritetləri və uğurları, enerji diplomatiyası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafına Azərbaycanın töhfələri kimi mövzularla yanaşı ölkəmizin tarixi, milli mənsubiyyəti, turizm potensialı və beynəlxalq müstəvidəki rolu, rəqəmsal innovasiya və ictimai xidmət sahəsindəki uğurları kimi mövzuları əhatə edən məruzələrlə çıxış edəcəklər.

Proqram çərçivəsində, həmçinin iştirakçıların bir sıra dövlət qurumlarında tanışlıq görüşləri keçirməsi, eləcə də tarixi-mədəni yerləri ziyarət etməsi planlaşdırılır.

Xatırlatmaq istərdik ki, bu il 6-cısı təşkil olunan proqram 2018-ci ildən etibarən həyata keçirilir. Ötən illərdə 46 ölkədən 74 xarici diplomat proqramda iştirak edib.
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol