• $
  • €
  • ₽
  • ₺
  • £

Son beş ayda əlillik təyin edilən şəxslərin sayı açıqlanıb

Son beş ayda əlillik təyin edilən şəxslərin sayı açıqlanıb
13.06.2023 12:29
2023-cü ilin beş ayında  21,4 min şəxsə əlillik təyin edilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi məlumat yayıb.


Onlardan 10,1 mininə ilkin, 11,3 mininə isə təkrar əlillik təyinatı aparılıb. Əlillik təyinatından sonra e-sistem üzərindən həmin şəxslərə əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin olunub.


Cari ilin yanvar- mayında agentliyin reabilitasiya müəssisələrində 26,5 min şəxsə reabilitasiya xidməti göstərilib, 5,4 min şəxsə 33,2 min reabilitasiya vasitəsi verilib.


Son beş ildə Azərbaycanda 231 min şəxsə əlillik təyin edilib.
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2022-ci ildə 46,5 min şəxsə əlillik təyin edilib.


Nazirliyin xəbərinə görə, onlardan 15,2 mininə ilkin, 31,3 mininə isə təkrar əlillik təyinatı aparılıb.


Əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, səhiyyə müəssisələrinin e-sistemə daxil etdiyi göndərişlər əsasında aparılır. Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin edilir.
 
Postmüharibə dövründə müharibə ilə əlaqədar əlilliyi olan 2650-dək şəxs həmin müəssisələrdə reabilitasiya xidmətləri, 1750 şəxs isə 29054 reabilitasiya vasitəsi ilə təmin olunub. Həmçinin 2020-ci ilin dekabrından müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin son nəsil protezlə təminatına başlanıb və artıq 376 hərbçinin 391 son nəsil protezlə təminatı həyata keçirilib.
 
Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə Vətən müharibəsindən sonra 4100-ə yaxın, ümumilikdə ötən dövrdə 13 mindən çox mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə postmüharibə dövründə 300-dən çox, ümumilikdə ötən dövrdə 7500-dən artıq avtomobil verilib.
 
Aytac Zeynalova



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol