• $
  • €
  • ₽
  • ₺
  • £

Sürücülərə ciddi XƏBƏRDARLIQ

Sürücülərə ciddi XƏBƏRDARLIQ
13.03.2014 10:49
Azərbaycanda sürücülər unutmamalıdırlar ki, yolun qadağan olunmuş hissəsi ilə hərəkət edən, eləcə də üstün keçid hüququ olan nəqliyyat vasitələrinə yol verməyənlər qanunvericiliyin tələbinə uyğun olaraq məsuliyyətə cəlb ediləcəklər. Bunu Trend-ə açıqlamasında Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi polis polkovniki Kamran Əliyev deyib.Şöbə rəisi Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) adından sürücülərin nəzərinə çatdırıb ki, yaşayış məntəqələrində, yəni şəhər daxilində normal hərəkət zamanı nəqliyyat vasitələrinin sürücüləri vəziyyətdən asılı olaraq yolun hərəkət hissəsinin sağ kənarı ilə hərəkət etməlidirlər. Əks halda cəzalanacaqlar: "Yaşayış məntələqələrindən kənarda, habelə yaşayış məntərələrində avtomagistral və avtomobil yolu nişanları (5.1 və 5.3 nömrəli nişanlar) ilə işarələnmiş yolun hərəkət hissəsində yol boş olduğu halda belə sol zolaqlarla hərəkət etmək qadağandır. Sürücülərimiz bilsinlər ki, bu cür qayda pozuntuları artıq avtomatik rejimdə işləyən ölçü cihazları vasitəsilə qeydə alınacaq və qaydanı pozan həmin sürücülər inzibati məsuliyyətə cəlb olunacaqlar".Bundan başqa, Azərbaycanda sürücülərin bəzən üstün keçid hüququ olan nəqliyyat vasitələrinə yol vermədiyini deyən Kamran Əliyev qeyd edib ki, belə hallara görə onları sərt cəza tədbirləri gözləyir: "Üstün keçid hüququ olan, qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı ilə işarə verən nəqliyyat vasitəsi yaxınlaşdıqda hərəkətin digər iştirakçıları ona dönmə işıq göstəricisini yandırmalı, üstün keçid hüququ olan nəqliyyat vasitələri üçün zolağı boşaltmalı və ya yol qırağına mümkün qədər yaxın hərəkət etməli, zərurət olduqda isə hətta nəqliyyat vasitəsini dayandırmalıdırlar. Sürücülərimiz bilməlidirlər ki, operativ nəqliyyat vasitələrinə yol verməyən sürücülər İnzibati Xətalar Məcəlləsinin (İXM) 151.2-ci maddəsinə müvafiq olaraq məsuliyyətə cəlb edilirlər, bu qayda pozuntusuna görə 60 manat miqdarında cərimə tətbiq olunur. Bundan əlavə, həmin qayda pozuntusu 3 cərimə balı ilə qiymətləndirilir".Məlumat üçün qeyd edək ki, "Yol hərəkəti haqqında" Qanunun 1-ci maddəsində verilən əsas anlayışlara görə, operativ nəqliyyat vasitələri - yanğından mühafizə, polis, təcili tibbi yardım, qəza-xilasetmə bölmələrinin, hərbi avtomobil müfəttişliyinin funksional tapşırıqlarının yerinə yetirilməsi, pul mədaxilinin inkassasiyası və qiymətli yüklərin daşınması, Azərbaycan Respublikasının ali vəzifəli şəxslərinin mühafizəsi vəzifələrinin icrası üçün nəzərdə tutulan, üstündə xüsusi qrafikalı rəngli sxemlər, yazılar və tanınma nişanları olan, xüsusi işıq və səs siqnalları ilə təchiz edilmiş avtomobillərdir.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol