• $
  • €
  • ₽
  • ₺
  • £

Son altı ildə 20 adda məhsulun dəyəri 68 faiz artıb - Deputat

Son altı ildə 20 adda məhsulun dəyəri 68 faiz artıb - Deputat
13.06.2023 13:04
2017-ci ildən başlayaraq təxminən iyirmi adda məhsulun dəyəri 68% artıb. Bunu deputat Zahid Oruc deyib. 
 
"İqtisadi hesabatlar göstərir ki, 20 adda məhsul - -buğda unundan şəkər tozuna, düyüdən qara çaya qədər səbətin dəyəri 68% artıb. Həmin dövrdə əsas kommunal xidmətlər-elektrik enerjisi, təbii qaz və su-kanalizasiya üzrə əhalinin xərcləri orta hesabla 80% artıb. Beləliklə, son 6 ildə əhalinin yaşayışı 75%-dən çox bahalaşsa da, orta maaşlar 65%-ə yaxın artıb. Konkret əhali qrupları içərisində məsələn, təhsil işçilərinin-2015-ci ildən diaqnostik qiymətləndirmədən sonra ötən 6 ildə orta məktəb müəllimlərinin məvaciblərinin artımı 55% təşkil etdiyi halda real inflyasiya həmin rəqəmlərin sosial effektini xeyli zəiflədib", - deputat iyunun 13-də Milli Məclisin iyunun 13-də keçirilən plenar iclasında çıxışı zamanı bildirib. 
 
Deputat vurğulayıb ki, Azərbaycanın qeyri-neft sektorunda  2021-ci ildə ən böyük payla (10%) ticarət və nəqliyyat vasitələrinin təmiri, ondan sonra nəqliyyat və anbar təsərrüfatı (6,9%), emal sənayesi (6,9%) və tikinti (5,9%) yer tutur.

"Pandemiya və Rusiya-Ukrayna müharibəsi dünyada təchizat zəncirindəki pozulmalar hesabına  ölkəmizə yeni fürsətlər verib. Qlobal bazarda məhsul qıtlığı ölkəmizin kimya və metallurgiya sənayesi məhsullarına tələbatı artırıb. Lakin kəndə və torpağa qoyduğumuz investisiya siyasəti, məsələn 100 min manatlıq kreditə görə paytaxtdan 3 dəfə bahalı əmlak tələb edəcəyiksə, aqrar təsərrüfat neftin alternativi olmayacaq və idxaldan asılılığımız azalmayacaq", - Zahid Oruc vurğulayıb. 
 
Gülnar Nazimqızı 
 

 


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol