SOCAR-ın Etilen-Polietilen zavodunda yanğın baş verib, bir nəfər xəsarət alıb

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azərikimya” İstehsalat Birliyinin Etilen-Polietilen zavodunda Qaz məhsullarının qəbulu və buraxılışı sahəsində yanğın baş verib.
Bu barədə "SOCAR Downstream Management" MMC-dən məlumat verilib.
Bildirilir ki, ilkin ehtimala görə yanğın xammal tutumunda baş verib.
"Yanğın qeydə alındıqdan sonra Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Hazırda müvafiq soyutma tədbirləri fasiləsiz olaraq davam etdirilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























