Allahın əlehinə getmək olmaz- Deputat süni mayalanmaya qarşı çıxdı/ VİDEO

Azərbaycanda "Reproduktiv sağlamlıq haqqında” qanunun qəbuledilməsi yolverilməzdir. Bunu deputat Siyavuş Novruzov deyib.
"Bu qanun layihəsi çoxdandır Milli Məclisə təqdim olunurdu. Mən Parlamentdə Dini komitənin sədri olanda 5 il imkan vermədim ki, qanun layihəsi qəbul olunsun. O qanun bizim milli mentaliletə uyğun layihə deyil. Süni mayalanma ilə dünyaya uşaq gətirmək olmaz. Əgər Allah qismət etməyibsə, Allahın əlehinə getmək olmaz. Ona görə də belə şeyləri burada müzakirə etməyin heç bir yeri yoxdur”, - deputat Milli Məclisin iyunun 13-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Çərşənbə axşamı Milli Məclisin iclasında deputat Rəşad Mahmudov deyib ki, "Reproduktiv sağlamlıq haqqında” qanun qəbul olunmadığı üçün bəzi şəxslər övlad sahibi olmaq imkanlarından məhrum olurlar.

Mahmudov təkif edib ki, bu məsələ dövlətin nəzarətində olsa çox yaxşı olar və qeyd edib ki, hökumət büdcədən bunun üçün pul ayırsa imkansız şəxslər də övlad sahib olmaq imkanına malik olar.
Gülnar Nazimqızı
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib