Azərbaycan əhalisinin gəlirləri artıb- STATİSTİKA

2023-cü ilin yanvar-mayında Azərbaycan əhalisinin nominal gəlirləri 30 milyard 302,9 milyon manat olub, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14,7 % çoxdur. Bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.
Son 1 ildə ölkədə adambaşına düşən nominal gəlir isə 14 % artaraq 2 989 manata çatıb.
DSK məlumatına görə, 2023-cü ilin ilk rübündə ölkədə xidmət və məhsulları özündə ehtiva edən istehlak qiymətləri indeksi (inflyasiya) 13.9% artıb.
2022-ci ildə Azərbaycan əhalisinin nominal gəlirləri 68 milyard 914,5 milyon manat təşkil edib.
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























