• $
  • €
  • ₽
  • ₺
  • £

"Rəqəmsal mediada “storytelling” və müasir publisistika” mövzusunda təlimlərə başlanılıb

"Rəqəmsal mediada “storytelling” və müasir publisistika” mövzusunda təlimlərə başlanılıb
13.06.2023 18:09
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun İxtisasartırma Proqramlarının birgə təşkilatçılığı ilə "Rəqəmsal mediada "storytelling” və müasir publisistika” mövzusunda təlimlərə başlanılıb.  


Təlimlərin açılış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli xəbər məzmununun müxtəlif forma və platformalarda istehlak edilməsindən, bu məqamların keyfiyyətə birbaşa təsir göstərməsindən, media məhsullarının hazırlanmasında yeni üsulların əhəmiyyətindən danışıb.


Təlimlərin keçirilməsində əsas məqsəd 360 dərəcəli məzmun tərtibatına dair bacarıqların artırılması və bu istiqamətdə inkişaf imkanlarının genişləndirilməsidir. 


13-14 iyun tarixlərində keçiriləcək təlim proqramı çərçivəsində "Haber Global”ın mütəxəssisi Can Mumay multimedia vasitələrindən istifadə edərək jurnalistika fəaliyyəti ilə məşğul olma, müasir mediada məzmunun daha interaktiv formada təqdim olunması imkanları, şəkillər, videolar, infoqrafika və səs effektləri kimi bir çox elementləri bir araya gətirərək xəbərlərin təsvir edilməsinə dair öz təcrübəsini bölüşəcək. Proqram çərçivəsində iştirakçılara məqalə mətnlərinin ilkin versiyaları, daha sonra videomətn versiyaları, o cümlədən hər bir xəbər mətninin ümumiləşdirilərək "Twitter”də təqdimat formaları nümayiş etdiriləcək. Məqsəd təlimin sonunda auditoriyada 360 dərəcə məzmun dizaynı haqqında məlumatlılığı artırmaqdır. Qeyd edək ki, təlim proqramının yekununda iştirakçılara sertifikatlar təqdim olunacaq.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol