• $
  • €
  • ₽
  • ₺
  • £

Azad edilmiş ərazilərdə Türkiyə şirkətlərinin fəaliyyəti müzakirə edilib

Azad edilmiş ərazilərdə Türkiyə şirkətlərinin fəaliyyəti müzakirə edilib
13.06.2023 21:18
Türkiyə ilə iqtisadi əlaqələrin dinamik inkişafı, işğaldan azad edilmiş ərazilərimizdə türk şirkətlərinin fəaliyyəti və ticarət tərəfdaşlığının perspektivləri barədə müzakirələr aparılıb.

İqtisadiyyat Nazirliyindən verilən məlumatda bildirilir ki, nazir Mikayıl Cabbarov Türkiyənin ticarət naziri Ömer Bolatla görüşüb. Mikayıl Cabbarov türkiyəli həmkarı Ömər Bolatı Türkiyə Respublikasının ticarət naziri vəzifəsinə təyin edilməsi münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə dövlət başçılarının siyasi iradəsinin, verdikləri tapşırıqların icrasının əlaqələrin inkişafında əhəmiyyəti vurğulanıb. Qeyd edilib ki, Türkiyə Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır və iki ölkə arasında Preferensial Ticarət Sazişinə dəyişiklik haqqında imzalanan Protokol iqtisadi-ticarət əməkdaşlığımızın gücləndirilməsinə əlavə stimul yaradır.
 
Qardaş ölkələr arasında uğurlu investisiya tərəfdaşlığı həyata keçirilir, qeyri-neft ticarət dövriyyəsi artır. Vurğulanıb ki, Azərbaycan və Türkiyənin iştirakı ilə həyata keçirilən genişmiqyaslı layihələr regional əməkdaşlığı dərinləşdirməklə yanaşı, bölgənin mənzərəsini dəyişir.

Nazir həmçinin, Azərbaycan iqtisadiyyatı barədə məlumat verib, qardaş Türkiyə ilə əlaqələrin daha da genişləndirilməsi barədə fikirlərini bölüşüb.

Türkiyənin ticarət naziri Ömer Bolat səmimi təbrikə görə təşəkkürünü bildirib, ortaq dəyərlərə malik olan ölkələrimizin dostluq və qardaşlıq münasibətlərini, strateji müttəfiqliyini vurğulayıb.

Tərəflər birgə reallaşdırılan layihələr, işğaldan azad edilmiş ərazilərimizdə türk şirkətlərinin fəaliyyəti və ticarət tərəfdaşlığının perspektivləri barədə müzakirələr aparıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol