Vətəndaş cinayət məsuliyyətindən hansı hallarda azad ola bilər? - HÜQUQŞÜNAS MƏSLƏHƏTİ

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 36-cı maddəsinə əsasən, zəruri müdafiə vəziyyətində, yəni özünü müdafiə edənin və ya başqa şəxsin həyatını, sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini qəsd edənə zərər vurmaq yolu ilə ictimai təhlükəli qəsddən qoruyarkən törədilmiş hərəkət zəruri müdafiə həddini aşmamışdırsa, cinayət sayılmır.
Peşə və ya digər xüsusi hazırlığından və qulluq vəziyyətindən asılı olmayaraq bütün şəxslər zəruri müdafiə hüququna malikdirlər. Bu hüquq, dövlət orqanlarına və ya başqa şəxslərə kömək məqsədi ilə müraciət etmək, habelə ictimai təhlükəli qəsddən yayınmaq imkanından asılı olmayaraq bütün şəxslərə şamil olunur.
Vəkil Vasif Həsənovun sözlərinə görə, ilk baxışda qeyd edilən tədbirlər cinayət xarakterli olsa da, əslində bu tip hərəkətlərə zəruri müdafiə, son zərurət, cinayət törətmiş şəxsin tutulması zamanı yol verildiyindən belə əməllər cinayət hesab edilmir.
Baş vermiş təhlükənin xarakterinə və dərəcəsinə, habelə həmin təhlükənin aradan qaldırılması şəraitinə aşkar surətdə uyğun olmayan zərər vurulması və vurulmuş zərərin qarşısı alınmış zərərə bərabər və ya ondan artıq olması son zərurət həddini aşma sayılır. Son zərurət həddini bu qaydada aşma, yalnız qəsdən zərər vurulduqda cinayət məsuliyyətinə səbəb olur.
www.anews.az

"Zəruri müdafiə dedikdə özünü müdafiə edənin və ya başqa şəxsin həyatını, sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini qəsd edənə zərər vurmaq yolu ilə ictimai təhlükəli qəsddən qoruyarkən törədilmiş hərəkət başa düşülür. Qısası, kriminal qəsddən qorunmaq üçün şəxsin qəsd edənə zərər vurmaq yolu ilə qanuni olaraq mühafizə olunması zəruri müdafiə deməkdir. Bu növ hərəkətlərin cinayət sayılmaması üçün vacib amil zəruri müdafiə həddinin aşılmamasıdır. Yəni, zəruri müdafiə vəziyyətində edilmiş hərəkətlər qarşısı alınan qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun gəlmədikdə, bu zəruri müdafiə həddini aşmaq hesab edilir. Məsələn, bağından meyvə oğurlandığını görən bağ sahibinin oğurluq edən şəxsi odlu silahla atəş açaraq öldürməsini buna nümunə kimi deyə bilərik", - vəkil deyib.
Vəkil bildirib ki, zəruri müdafiə zamanı əsas şərtlər ondan ibarətdir ki, cinayət törətmiş şəxsin qəsdi ictimai təhlükəli xarakter kəsb etməli, real, mövcud və həqiqi olmalıdır.
"Bu növ qəsdlərin qarşısını alan hərəkətlər ictimai-təhlükəli əmələ qarşı, qəsd edənə zərər vurmaq yolu ilə həyata keçirilməli və qəsdin xarakterinə, təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Məsələn, iki polis əməkdaşı inkassator avtomaşını ilə yola düşür, yolda müəyyən ərzaq məhsulları almaq üçün avtomaşını hər hansı mağaza qarşısında saxlayır, polis əməkdaşlarından biri mağazaya daxil olur, digəri isə avtomaşında gözləyir, bu zaman avtomaşının yaxınlığından keçən sərxoş bir neçə gənc xuliqanlıq məqsədi ilə avtomaşına daxil olaraq polis əməkdaşına xəsarət yetirmək və oğurluq etmək istəyirlər, polis əməkdaşı da avtomaşından düşərək üzərindəki odlu tabel silahı ilə havaya xəbərdarlıq atəşi açır, sərxoş gənclər bundan qorxaraq qaçırlar, bu zaman ətrafdan keçən digər bir şəxs kömək məqsədi ilə polis əməkdaşına yaxınlaşır, mağazada olan polis əməkdaşı isə silah səsini eşidərək bayıra çıxır və kömək göstərmək üçün yaxınlaşan şəxsin digər polis əməkdaşına hücum etdiyini zənn edərək həmin şəxsə odlu tabel silahı ilə atəş açır. Qeyd edilən nümunədə ictimai təhlükəli qəsd mövcud olmayıb, sadəcə şəxs qəsdin olmasını xəyal edib (xəyali müdafiə). Bu zaman edilmiş hər hansı hərəkət zəruri müdafiə kimi qiymətləndirilməməlidir", - Həsənov vurğulayıb.
Cinayət Məcəlləsinin 38-ci maddəsinə əsasən, son zərurət vəziyyətində, yəni şəxsin özünün və ya başqa şəxslərin həyatını, sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini bilavasitə qorxu altına alan təhlükəni aradan qaldırmaq üçün bu Cinayət Məcəlləsi ilə qorunan obyektlərə zərər vurmaq yolu ilə törədilmiş hərəkət, əgər həmin vəziyyətdə bu təhlükəni başqa vasitə ilə aradan qaldırmaq mümkün deyildirsə və bu zaman son zərurət həddinin aşılmasına yol verilməmişdirsə, cinayət sayılmır.
Baş vermiş təhlükənin xarakterinə və dərəcəsinə, habelə həmin təhlükənin aradan qaldırılması şəraitinə aşkar surətdə uyğun olmayan zərər vurulması və vurulmuş zərərin qarşısı alınmış zərərə bərabər və ya ondan artıq olması son zərurət həddini aşma sayılır. Son zərurət həddini bu qaydada aşma, yalnız qəsdən zərər vurulduqda cinayət məsuliyyətinə səbəb olur.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib