• $
  • €
  • ₽
  • ₺
  • £

Taksilərlə bağlı şərtlər sərtləşdirilməlidir - DEPUTAT

Taksilərlə bağlı şərtlər sərtləşdirilməlidir - DEPUTAT
14.06.2023 23:38
Ötən gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. İclasda çıxış edən Millət vəkili Elnur Allahverdiyev deyib ki, Bakıda  tələb olunandan 4-5 dəfə çox taksi var və bu da, həm ekologiyaya zərərdir, həm də tıxac yaradır. 
 
Deputat bildirib ki,metrodan istifadə edənlərin sayı azalıb və buna səbəb də tasksilərdir. Ona görə də taksilərlə bağlı şərtlər sərtləşdirilməlidir.
 
Millət vəkili Tahir Mirkişili deyib ki, bütün ölkələrdə şəhərin ölçüsünə görə beynəlxalq taksi şirkətlərinə və avtomobillərin sayına məhdudiyyət tətbiq edilir və yeni hazırlanan qanunda da bu məhdudiyyətlər nəzərdə tutulub.
 
Nəqliyyat məsələri üzrə ekspert Aslan Əsədovun sözlərinə görə, taksi sayına məhdudiyyətlərin qoyulması praktiki cəhətdən problemlərin çıxış yolu deyil.
 
"Milli Məəclisdə səsləndirilən fikirlər həmişə cəmiyyətin diqqətində olub. Təbii ki, ən yaxşı nəqliyyat növü metrodur. Bu bütün dünyada bu cür qəbul olunub. Mən o fikirlə razı deyiləm ki, Azərbaycanda metro isdifadəçilərinin sayı azalıb. Azalma o halda ola bilərdi ki, yollarda olan tıxaclar müəyyən qədər azalardı. Amma biz hələ də görürük ki tıxac problemi hələ də var. Bu gün taksilərə olan maraq birbaşa qiymət amili ilə bağlıdır. Yəni vətəndaşlar taksilərin qiymətindən razıdırlar. Məncə taksilərin sayının azaldılması və müəyyən məhdudiyyətlərin qoyulması mövcud problemlərin həlli üçün nəzəri cəhətdən real görsənə bilər amma praktiki cəhətdən bir o qədər real görünmür”, - ekspert bildirib.
 
Ötən gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında ölkədaxili və beynəlxalq sərnişin və yük daşımaları ilə bağlı bir sıra qanunlara dəyişikliklər müzakirəyə çıxarılıb.

"Avtomobil nəqliyyatı haqqında" qanuna dəyişikliyə əsasən, qanuna analoq taxoqraf anlayışı daxil edilir. Analoq taxoqraf avtonəqliyyat vasitəsinin hərəkətinə, о cümlədən qət edilmiş məsafəyə, hərəkətin sürətinə, habelə sürücülərin iş və istirahət dövrlərinə dair bütün məlumatları fasiləsiz olaraq qeydə almaq məqsədilə həmin avtonəqliyyat vasitəsində quraşdırılan elektromexaniki nəzarət cihazıdır.

Eltac Nurullazadə
 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol